SADELIK

Baş | Qeydiyyat | Çıxış
Четверг, 28.03.2024, 22:55
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 26 » Azerbaycanin fexri RAMİL SEFEROVUN HEBSİNİN 6 Cİ İLİ
Azerbaycanin fexri RAMİL SEFEROVUN HEBSİNİN 6 Cİ İLİ
12:41


Ramil Sahib oglu Səfərov 25 Avqust 1977-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi telim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstan respublikasının Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış isə - fevral ayının 19-da həmin tədbirdə iştirak edən erməni zabiti Qurqen Markaryanı qətlə yetirib. Elə Həmin tarixdə Budapeştin huquq-mühavizə orqanları tərəfindən həbs olunub.
1864-gün,44736 saat, cəmi 5 il (36). Bəziləri üçün qısa, bəziləri üçün isə uzun görünən bu rəqəm Ramil Səfərovun həpsdə olduğu günlərin sayıdır. Bəli, bu gün Ramilin həpsindən nə az, nə çox düz 5 il keçir.19 fevral ədalətsiz qərarla Ramil ömürlük həps cəzasına məhkum edilib. Səbəb: bir nəfəri qətlə yetirdiyinə görə... Ən acınacaqlısı odur ki, Ramil haqda hökm çıxarılarkən xususi diqqət çəkən heç bir məsələ nəzərə alınmadı.
İki nəfəri qətlə yetirib, 3 nəfəri yaralayan Krikor Levonyan və Rafi Elbekyana 15 il həps cəzası verildi. K.Levonyan isə cəmi 3 ildən sonra azadlığa buraxıldı.
Terror aksiyası nəticəsində 8 nəfərin həyatına son qoyub, 60 nəfərin yaralanmasına səbəb olan V.Qarabedyan isə ömürlük cəza almasına baxmayaraq 15 il sonra azad olundu.
Məşhur terrorcu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri Monte Melkonyan terror aksiyası törətdiyindən heps edildi. O zaman məhkəmə ona sadəcə 6 il iş verməklə kifayətləndi.Onun azad olunması tələbi ile ASALA 15 terror aksiyası törətdi. Melkonyan 5 il sonra azadlığa cıxdı.
Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Maraqlı cəhət ondan ibarətdir ki, bu insanlara məhkəmə sonsuz güzəştlər edərkən onların affekt vəziyyətində olmalarını, tarixdə heç baş verməmiş “Erməni soyqırımı”ndan təsirləndiklərini əsas götürürdülər. Amma nədənsə dünya bu gün böyük Türk millətinin bir əsrdə məruz qaldığı 3 dəhşətli soyqırımı (1915, 1918, 1992) nəzərə almır. Hansı ki onlardan biri- 1992-ci il Xocalı soyqırımı Ramilin necə deyərlər “müasiridir”. Bundan başqa onun vətənini, yaxınlarını itirməsi ona təsir edə bilməzdimi? Türkün ürəyi, düşüncəsi, hissləri yoxmu 2 və daha artıq insanın ölümündə, onlarla insanın yaralanmasında, zərər çəkməsində günahkar olan, məşhur terrorçu qruplaşmaların üzvü olan insanlar uzaq başı 15 il həbs cəzası ilə cəzalandırılarkən, millətinə qarşı dəhşətli soyqırımın şahidi olmuş, vətənini, yaxınlarını itirmiş və üstəlik bu iyrəncliklərin günahkarı olan ordunun zabiti tərəfindən özünə, bayrağına təhqirlər görən birinə ömürlük həps cəzası verilməsi və 30 il müddətində bütün amnistiya, əff etmə şanslarından məhrum edilməsi tükürpədici deyilmi???
Amma “İnsan ümid etdiyi müddətcə yaşayır” deyirlər. Yaşayırıq,ümid edirik.Haqq-ədalətin bərqərar olacağına ümid edirik. Amma bu ümidlə və bəzən də ümidsizliklə Ramilsizliyin 5-ci ilini də başa vurduq. Salam, məhbusluğun və Ramilsizliyin 6-ci ili!

5-il keçdi həps də.
Səbir bitdi daha bizdə.
Azad olsun Ramilimiz.
Xar olsun düşmənimiz.
Amin Insallah
Bölmə: Maraqlı Xəbərlər | Baxış: 1492 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 1
28.07.2012
bele oxullari hakettiyini gosterebilen millet lazim

Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2024 | Конструктор сайтов - uCoz