SADELIK

Baş | Qeydiyyat | Çıxış
Пятница, 26.04.2024, 02:05
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 26 » Her sey geride qaldi......... ... ........
Her sey geride qaldi......... ... ........
00:59


Hər şey geridə qaldı…
Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimiz...
Palçıqdan evlər tikmək o qədər cazibədar gəlmir indi bizə ...
Halbuki dırnaqlarımızın aralarının qaralmasını əhəmiyyətli hesab etmədən ovuclardıq tozu torpağı...
Qarışqaların yuvalarına ərzaq aparma təlaşını gözlərimizi böyük açaraq izlərdik...
Uşaq ürəyi! Kömək etmə həvəsiylə kiçik çörək parçaları doldurardıq quş yuvalarının içinə..
Kiçikdik bir zamanlar.. Uşaqdıq, safdıq, günahsızdıq...
Nə qədər asan idi xoşbəxt olmamız...
Sıxılmazdıq, böhrana düşməzdik...
Xəstəliklərimiz belə kiçik idi, bizim kimi. Iki gün burnumuz axar, tezcə də yaxşılaşardıq...
Küsməmiz də, barışmamız da oyunlarımız qədər asan idi..
Qırılmazdı ürəklərimiz...
Küsdüyümüzdə əlimizlə iki barmağımızı üst üstə qoyar, küs işarəsini edər, çox deyil 2 dəqiqə sonra bu işarəni pozar, ya da küsdüyümüzü unudar davam edərdik oyunlarımıza...
Qan qardaşlığı da bilərdik qan axıtmadan...
"Sən mənim qan qardaşım olarsanmı?" deyə soruşardıq uşaq sadəlövhlüyü ilə..
Oyunlarımız davamlı idi. Axşamları evlərimizə dağılışmalarımızın ardından sabahısı gün yenə qaldığımız yerdən başlardıq oyunlarımızı..
Oyunlarımız asan idi!
Gizlənqaçdan heç vaz keçməzdik...
Bir kiçik şam ağacı belə saxlaya bilərdi kiçik bədənimizi...

O kiçik əllərimizə sığdıra biləcəyimiz kiçik daşlar axtarardıq beş daş oyunu üçün.

Sonralarda dərk etdik istop oyununun=) əsl adının stop olduğunu..
Uçurtmalarımız vardı, qan tər içində qalardıq ən yüksəyə uçurtma səyində..
Bir də buludlara məktub göndərərdik.. Uçurtmalarımızın ipinə yazılı bir kağız ilişdirər, küləyin də təsiriylə çatmasını gözləyərdik həvəslə...
"poçtalyon külək tez göndər məktubumuzu" deyərdik..
Poçtalyon küləyə deyərdik, poçtalyonumuz idi külək..
Yox idi o zaman rəqabət, xəyanət, nifrət!
Bizə yad idi bu cür sözlər.
Sevgilimiz də yox idi o zamanlar, ürəyimizi qıran da...
Istəklərimiz də kiçik idi bizim kimi...
Alınmış bir oyuncaq gəlincik, bir kiçik avtomobil çatardı bizi xoşbəxt etməyə...
Sağlamlıq, saflıq, təmizlik, günahsızlıq...
Adı həsrət oldu indilərdə...
Darıxmışam uşaqlığım üçün…

P.S. Bəs siz necə?

Bölmə: Məqalələr | Baxış: 1309 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2024 | Конструктор сайтов - uCoz