SADELIK

Baş | Qeydiyyat | Çıxış
Суббота, 20.04.2024, 17:03
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 26 » "EUROVİSİON" MAHNİMİZİN kilipine mehsurlarin dedikleri...
"EUROVİSİON" MAHNİMİZİN kilipine mehsurlarin dedikleri...
00:20


“Eurovision-2009” mahnı müsabiqəsində azərbaycanlı təmsilçilərin ifa edəcəkləri mahnının klipi təqdim edilib.Sənətçilərin bəziləri hələ də klipə tamaşa etməyib, bəziləri isə ümumiyyətlə müsabiqəni və mahnını bəyənmir.

Sevda Ələkbərzadə klipə tamaşa etmədiyini, lakin mahnını normal qarşıladığını deyib: “Mahnı sırf pop musiqisidir. Əlbəttə, bizimkilər çox çalışırlar ki ora getsinər, bizim xalq mahnılarını orada göstərə bilsinlər və s. Amma bu müsabiqə elədir ki, öz standartları var. Bu standartlara uyğun olaraq insanlar mahnıları seçir. Mənim fikrimcə çox normaldır. Pop musiqisidir. Amma mahnıdakı tar səsi haradasa milli üslubu da vurğulayır”.
Bəstəkar və müğənni Elza Seyidcahanın fikrincə mahnını özü və ya azərbaycanda yaşayan digər bəstəkarlar hazırlasaydı, daha uğurlu nəticə alınardı: “Elə də münasibətim yoxdur. Nə münasibət olmalıdır ki?! Onların heç birinin bizə aidiyyəti yoxdur. Azərbaycanın bəstəkarları isə hələ ölməyiblər. Araş axı Azərbaycan bəstəkarı deyil. Mən bu ilki seçimdən çox narazıyam. Ola bilsin ki, Araş dünyada populyardır və bu da bizə bir az xeyir versin. Ayseli də tanımıram. Nə olsun ki, müsabiqədən çıxıb. Sayılıb seçilən sənətkarlarımız var. Bircə onu deyə bilərəm ki, ötən ilki mahnımız bundan güclü idi. Mahnını klipinə hələ baxmamışam. Amma onu deyə bilərəm ki, mahnını bəyənməmişəm. İnsanların çoxu da narazıdır. İki ildir mən müsabiqəyə mahnımı təqdim etmək istəyirəm. Qısa vaxt qalmış elan edirlər ki, mahnı gətirin. Amma başqa vaxt lazım olanda tez axtarıb tapırlar. Ola bilər ki, biz orada yer tutmayaq, bu siyasi müsabiqədir, normaldır. Amma bütün dünya Azərbaycan musiqisindən danışmağa davam edəcək. Mahnının adı da xoşuma gəlmir. Reklamlarda bu mahnının adı şirkətlərdən birinin brendidir. Olmazdı ki, mahnının adı başqa ad olaydı?”
Röya Ayxan: TRT kimi ciddi kanal bütün günü “Eurovision” mahnısını nümayiş etdirir. Bizdə isə bu mahnını gərək internetdə axtarış edib baxasan. Nə sənətçilər, nə də mahnı geniş kütləyə təqdim olundu. İndi də qəfildən klip çəkdilər. Mən baxmamışam, açığı. Mahnı isə normaldır”.
Xalq artisti
Nazpəri Dostəliyeva da klipi görmədiyini, lakin nəticə necə olursa-olsun Azərbaycan təmsilçilərinə uğurlar arzuladığını bildirdi.
 
Bölmə: Şou Biznes | Baxış: 1155 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2024 | Конструктор сайтов - uCoz