SADELIK

Baş | Qeydiyyat | Çıxış
Среда, 20.09.2017, 19:19
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
HOST-u:
Cəmi: 47
Mini CHAT
Baş » 2009 » Март » 24 » Veten bizi sesleyir imdadina yetisen yooooooooox........
Veten bizi sesleyir imdadina yetisen yooooooooox........
15:46


Vətən bizi səsləyir imdadına yetişən yoxdur.
Söyləyin nə vaxta qədər lal-məlul susacağıq? Nə qədər bu acı həqiqətlərdən qaçacıq? Nə vaxta kimi reallari gizlədəcik? Nə vaxta kimi olanlarin həqiqətini boğub görmək istədiklərimizi yaşayacıq? Düşmən və zaman. Bizi gözləmir bu iki ən böyük hədəfimiz. Nə düşmənin yolunu kəsə bilir, nə də saatın əqrəblərini sındırıb bu günü ömrümüzün son anına kimi yaşaya bilirik. Nə vaxta kimi susacıq? Nə vaxta kimi unudacıq düşmənimizi? Başımıza gələn acıları? Axi niyə gözlərimizi yumub həqiqətləri görməməzlikdən gəlirik? Söyləyin biz bu qədərmi acizik? Bu qədərmi gücsüzük? Axı niyə unuduruq bu gün Vətənimizdə azad yaşamağımızın səbəbkarlarını? Niyə çıxmırıq düşmən qarşısınıa gözü qanlı, dəli qanlı kimi? Yoxsa qorxuruqmu o şərəfsizlərdən? Nə vaxta qədər gözə görünməyən zəfərləri bizimki hesab edəcəyik? Azərbaycan adlı ağacın budaqlarını qırdılar. Axı o budaqlarda çox meyvələr yetişəcəkdi. Vətən üçün ölməyi deyil yaşamaği gözə almalıyıq. Söyləyin bu qədər mi unudulmali tariximiz var? Bu qədər mi qisasları alınmağa dəyməyən oğullarımız var? Gözümüzdən qələbə qığılcımları, dilimizdən Azərbaycan , əlimizdən silah əksik olmasın. Qarabağ bizimdir deyib topallar kimi oturmaqdansa Qarabağ bizdədir deyib xoşbəxtlikdən içimizdə boğa bilmədiyimiz səsi haykırmağın vaxtı gəlib çatıbdır Ey Vətən oğulları, Ey Vətən qızları. Niyə həmişə payımıza düşəni deyil, əlimizə “bu qədər bəsindir” deyilib verilənlə razılaşırıq? Üzərində yeridiyimiz hər yolun üstündə Şərəfli oğullarımızın ayaq izləri var. Gəlin Ey Azərbaycanlılar Onlar kimi yeriməsəkdə Onlar kimi ümidlə, inamla Vətənimizə sahib çıxmağa çalışaq. Axi zaman bizi gözləmir. Artıq Vətən üçün yaşamağın, yaratmağın və öldürməyin vaxtı yetişib. Allah bizə Vətənimizə sahib çıxmağımız üçün güc versin. Addımlarınızı iti atın ey sərhədlərdəki əsgərlərimiz. Çünki ayağınız büdrəyəndə tutuna biləcəyiniz Bizlər varıq.
 
Bölmə: Məqalələr | Baxış: 496 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz