SADELIK

Baş | Qeydiyyat | Çıxış
Воскресенье, 19.11.2017, 22:34
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
HOST-u:
Cəmi: 47
Mini CHAT
Baş » 2009 » Март » 22 » AGİL VƏ URƏYİN MARAQLİ SOHBETİ
AGİL VƏ URƏYİN MARAQLİ SOHBETİ
22:17


Ürek və ağıl

Ürək: Yənə tənhayam... Yənə səni düşünürəm. Sənsizlik əzab verir mənə... Ağıl dözmədi Ürəyin bu iztirablarına və sanki bir mübarizə başladı içimdə:
Ağıl: Nədir dərdin, nədir bu iztirabların səbəbi ?
Ürək: Sevdiyimdən ayrı olmağım.
A: Sevdiyin !? Sən onu sevirsən?
Ü: Sevirəm.
A: Bu sənə elə gəlir.
Ü: Yox, bu heqiqətdir.
A: Həqiqət... Həqiqət odur ki, sən özün özünü aldadırsan.
Ü: Yalan deyirsən!
A: Yalan deyirəm? O zaman cavab ver suallarıma.
Ü: Buyur.
A: Demək sən onu sevirsən.
Ü: Sevirəm! Sevirəm! Sevirəm!
A: Çoxmu sevirsən ?
Ü: Hər şeydən çox.
A: Onun bundan xəbəri varmı ?
Ü: Yox.
A: Sənin onunla hər hansı yaxın münasibətin varmı?
Ü: Yox.
A: Dəməli onun xasiyyətinə yaxından bələd deyilsən?
Ü: Yox.
A: Yaxşı, bax onda nəyini sevirsən sən onun? Sadəcə xarici görünüşünü?
Ü: ...
A: Susursan, çünki qəbul eləmək istəmirsən bunu, amma bu belədir. Onu sevdiyini söyleyirsen, amma yaxından tanımırsan, yəni onun müsbət və ya mənfi xüsusiyytlərini bilmirsən. Bele çıxır ki, sən onu yox, o gözəlliyin timsalında xəyalında canlandırdığın ideal bir qızı sevirsən. Onun yerində başqa bir gözəl qız da ola bilərdi. Nə isə, davam edək. Bu sevgidən nə gözleyirsən? Məqsədin nədir?
Ü: Mən bu sevginin qarşılığında ondan heç nə gözləmirəm, onun varlığı bəsdir mənə.
A: Bax bunu isə mən qəbul eləmək istəmirəm. Demək bu sevgi deyil, sadəcə gözəlliyə olan vurğunluqdur. Sevgi- sevdiyinə qovuşmaq arzusudur, onunla birlikdə olmaq istəyidir.
Ü: Ele bilirsən mən bunu istəmirəm !?
A: Bunun üçün konkret bir addım atmısanmı ?
Ü: Yox.
A: Niyə ?
Ü: Bu mümkün deyil, mendən asılı olmayan səbəblər var.
A: Bəlkə qorxursan?
Ü: Nədən?
A: Bəlkə onun səni qəbul etməyəcəyindən? Bəlkə onun sənin xəyalında canlandırdığın kimi olmayacağından?
Ü:...
A: Yenə susursan. Nə vaxta kimi davam edəcək axı bu hisslər? Nə vaxta kimi özünü inandırdığın bu sevgidən əzab çəkəcəksən?
Ü: Nə qədər ki, sağam, Nə qədər ki, ürəyim döyünür sevəcəyəm onu.
A: İnanmıram. Ötəri hissdir bu. Gözden uzaq olan könüldən iraq olar deyiblər. O sənin yanında deyil və əvvəl-axır unudacaqsan onu.
Ü: Yox, heç vaxt. Mən hər an onu düşünürəm. Onun xeyalı həmişə mənimlədir.
A: Boş təsəllidir. İnsan ömrü boyu xeyalla yaşaya bilməz. Sənin bu hislərinə cavab vərəcək birinə ehtiyac duyacaqsan və nə vaxtsa onun kimi gözəl, eyni zamanda səni səvən, başa düşən bir qız qarşına çıxsa unudacaqsan bu sevgini. O yalnız şirin bir xatirəyə çevriləcək səninçün.
Ü: İnanmıram sənə !
A: Nə qədər ki, tezdir, əl çək bu sevdadan. Boş yerə aldatma özünü, əzab vərmə özünə.Sabah onu bir başqasıyla görsen-ki, onun buna haqqı var- daha çox əzab çəkəcəksən. Yaxşısı budur çıxart bu fikirləri başından. Necə ki, onun varlığna alışmısan, çətin də olsa yoxluğuna da alışacaqsan. Bunu da yadında saxla: Nə qədər ki, insan fanidir və fani olanı sevir, bu sevginin ömrü çox az olacaq. Əbədi olanı sevmək lazımdır!!!
Ü: ...
Ürək susdu bu sözlərin qarşısında, nə cavab verəcəyini bilmədi. Amma ağlın dediklərini də qəbul etmədi, çünki o, sabahı düşünmür, o, bu günü yaşayır. İnsan ağlıyla həkəkət edir, amma qəlbiylə sevir.İnsan ağlının dərk etmədiyi hələ çox şey var bu dünyada. Kim nə deyirsə desin, mən səni bütün qəlbimlə sevdim, sevirəm və sevəcəyəm. Heç vaxt bitməyəcək bu sevda, heç vaxt...
Bölmə: Müxtəlif | Baxış: 282 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 1
22.03.2009 Спам
1. Tanriverdi (sadelik)
BUJİİİİ

Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz