SADELIK

Baş | Qeydiyyat | Çıxış
Понедельник, 23.10.2017, 08:50
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
HOST-u:
Cəmi: 47
Mini CHAT
Baş » 2009 » Март » 22 » DENİZİM.........YENE GELDİM
DENİZİM.........YENE GELDİM
21:22


Dənizim ... Yenə gəldim ...
Yenə həyat dalğaları məni itələyə-itələyə yanına gətirdi ...Artıq inandım bu dünyadakı son ünvanımın sən olduğuna ...
Hər gəlişimdə - bəlkə də bu sondu – deyişimi xatırlayıram ...
Amma,kim bilir ...bəlkə də bu sondu ...Bəlkə də,bu sözümü xatırlamayacam bir də ...Bəlkə bu dəfə qucaqlaya bildim səni ...Bəlkə bu dəfə öpə bildim yanaqlarınnan ...
Ehh ...dənizim mənim ...
İndi elə bil,bu dünyada başqa heç kim yoxdu ...Bir tək sən və mən ...telefonumda da Yorğun Dərviş sənnən oxuyur...O da mənim kimi – bir az yorğun,bir az kövrək ...bəlkə də bir az çarəsiz...Əslində nə o ilk idi,nə mən son ...
Biz bəlkə də,sahilində olan bir qum dənəsi,bir qaya parçası ...bəlkə də ləpələrin qayalara çırpılanda bir anlıq var olan köpük kimi kiçik və mənasızıq sənin üçün ...Amma sən ...sən fərqlisən ...

Bəlkə,insanları yanlış tanımağımnan danışım sənə ?Doğma bildiyim insanların bir anda necə yadlaşdığınnan ,hələ də gülümsüyüb rol oynamağımnan ,sadəcə - artıq heç nə əvvəlki kimi olmayacaq - deyə bilməməyimnən danışım ?
Qışqırım bəlkə,-sən belə deyildin axı dostum ?

Noldu sənə ? Niyə dəyişdin ?Niyə soyuqsan,buz kimi ? Amma sus,cavab vermə ...Səbəblərin bəhanə olduğu bu zamanda doğrunu desən belə,inanacağımı düşünmürəm ... Sus ................
Bir az da qəribəlikdən danışım ?... Başa düşmədiyim insannan ...İncidə biləcəyimi düşündüyüm,və bunnan çox qorxduğum tək insannan danışım ?Ehh,dənizim mənim ....heç bilirsən o necə fərqlidi ?O sadəcə bir gün öz nöqtəsini tapmaq üçün doğulub elə bil ...
Sonra nədən danışım?Uzaqdakı dostumnan,darıxdığımnan,onu itirməkdən qorxduğumnan da danışım sənə ?

Hər şeyi danışım ? Axı niyə ? Niyə dinliyirsən axı bizi ? Bəs niyə susursan ?Niyə heç nə demirsən ? Bəs hanı təsəllini səndə axtaran onca insan ? Hanı qucağına axıdılan göz yaşları ? Hanı o sözlər ? Unutdunmu yoxsa ? ....Susursan yenə ...
Dənizim mənim ... İnsanlar toxunsun istəmirəm ...varlığımı,real olduğumu anlasınlar istəmirəm...Sən toxun ... Al götür məni buralardan ...Gəl gedək de,mənə ... gedək buralardan Apar sehirli,sualtı dünyana...Oğurla məni insanlardan ...

Həmişə mən onların haqsızlıqlarınnan,pisliklərinnən danışdım sənə. Qoy bu dəfə də onlar,sənin qəddarlığınnan danışsınlar ... Qoy bu dəfə də,mən bir hekayə olum ...Danışılıb-danışılıb unudulum ... Qoy bu dəfə qorxularımı,ümidlərimi,xatirələrimi göz yaşıma qatıb axıdım qucağına. Qoy qarışaq bir birimizə dənizim... Qoy sən olum mən də ... insan olmaqdansa ...su damlası olum səndə ..
Bölmə: Sevgi | Baxış: 289 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz