SADELIK

Baş | Qeydiyyat | Çıxış
Четверг, 22.11.2018, 13:35
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 16 » elvida sevgilim
elvida sevgilim
22:16


Sən getdin.. Bir zülmət qaranlıq bir zindan təkliyi ağır bir boşluq buraxdın geridə. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində bu eşqi bitirməkdə haqlısan. Tək söz söyləyə bilmədim. üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim tükəndim bitdim. Sonsuzluqda bir insan necə olar.. səsi nəfəsi necə eşidilər?

Əlvida eşqim.. Əlvida sevgilim. Sən özünü heç belə gərəksiz belə dəyərsiz belə yalnız hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuq. Aynalara baxıram. Aynada gördüyüm mən deyiləm. Gözlərim cəhənnəm atəşi.. dodaqlarım möhürlənilmiş. Əllərim titrəyir. Ürəyim qızğın dəmirlərlə dağlanıldı. Yoxluğunun əvəzi çox ağır sevgilim.

Sevinclərim xəyallarım ümidlərim rəngli dünyam əlvida.. Əlvida yaşamaq.. Həyatın mənası əlvida. Kimsə fərqində deyil yoxluğunun. Sənsiz nə hallarda olduğumu kimsə bilmir. Anlamır itib gedən bir sevginin kədərini.

Dünənə qədər ən ucasını yaşadım xoşbəxtliyin ayaqlarımın altından itkin gedirdi torpaq dənizlərin düzənliklərin üstündə uçurdum. Günəş qədər yaxın idi mənə eşq. Günəş qədər isti və parlaq. Buraxdın birdən-birə qanadlarım kəsildi. Sürətlə çaxıldım yerə boşluğun içindəyəm indi heç bir şeyem. Halbuki dünyanın ən zənginiydim. Bütün çiçəklər bizim üçün açardı bizim üçün ballanardı meyvələr əkinlər bizim üçün bərəkətli sular bizim üçün çağlar idi. İndi toz tüstü içində qızğın bir səhradayam. İstiqamətimi yolumu çaşmışam.
Sən mənsiz necəsən bilmirəm. Rahatsanmı xoşbəxtsənmi bu qədər tez məni unudarsanmı?.. Necə birdən keçmiş olarsan?

Dünənə qədər gözlərindən eşqi içdiyim dodaqlarında ürəyimi əritdiyim uğruna bıçaqlar çəkib dünyaya meydan oxuduğum ey sevgilim hardasan? Kimləsən?.. kimlərləsən?.. Kimlərlə oynaşar könül əylərsən? Mən burada tərk edib getdiyin yerdəyəm.

Əlvida eşqim.. Əlvida sevgilim! Əlvida sənə..
Bölmə: Sevgi | Baxış: 896 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2018 | Конструктор сайтов - uCoz