SADELIK

Baş | Qeydiyyat | Çıxış
Воскресенье, 19.11.2017, 22:23
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
HOST-u:
Cəmi: 47
Mini CHAT
Baş » 2009 » Март » 11 » MUGENNİLERDEN NAMAZ QİLİAN ORUC TUTANLAR HAQQİNDA
MUGENNİLERDEN NAMAZ QİLİAN ORUC TUTANLAR HAQQİNDA
23:21
Şou-biznesin ən imanlı müğənnisi İzzət Bağırovdur ki, o artıq bu yolda “baş ağardıb”.

İzzət namaz qılan, oruc tutan müsəlmanlardandır. Azərbaycandakı dini ocaqlarla yanaşı, Kərbəla, Həcc ziyarətlərində də olub və onu Hacı İzzət deyə çağırırlar.

Allaha çox inanan Aygün Kazımova namaz qılmır, amma müqəddəs ziyarətgahlara tez-tez baş çəkir. Ən çox üz tutduğu müqəddəs məkan isə Mir Möhsün Ağa ziyarətgahıdır.

Faiq Ağayevin anası Səfiyə xanım dindar xanımdır və İslam qaydalarına uyğun olaraq, örtünür. Lakin Faiq yaradıcılıq işlərinin bolluğundan dinlə məşğul olmur. Amma vaxt tapdıqca ölkədəki müqəddəs yerləri ziyarət edir.

Zülfiyyə Xanbabayeva namaz qılmasa da, müqəddəs yerləri ziyarət edir.

Brilliant Dadaşova namaz qılan, oruc tutan müğənnilərimizdəndir. Eşitdiyimizə görə, Brilliant xanım hətta müqəddəs kitabımız olan Quranı əzbərdən oxuya bilir. Xeyirxah işlərlə məşğul olan bu xanımın əlindən Quran düşmür.

Röya da Allaha inanan, ondan əlini üzməyən sənətçilərdəndir. Röya bacardığı qədər müqəddəs yerləri gəzir, qurbanlar kəsir. Onu da deyək ki, Röyanın anası Telli xanım da namaz qılıb, oruc tutur və o, İslam adətlərinə uyğun olaraq, başını bağlayır.

Nisə Qasımova artıq neçə ildir, namaz qılıb, oruc tutur. Nisə xanım Azərbaycanın demək olar ki, bütün müqəddəs yerlərini ziyarət edib.

Nazpəri Dostəliyeva da namazı bilir, lakin hər gün deyil, Ramazan ayında, ziyarətgahlarda olarkən qılır. Bütün ziyarətgahları gəzən, dinə bağlı olan bu xanım Ramazan ayında evində hər gün iftar süfrəsi açır.

Xuraman Şuşalı əvvəllər namaz qılsa da, son aylar ibadətini dayandırıb. Buna səbəb, yaradıcılıq işlərinin və toylarının çox olmasıdır. Onun fikrincə, “namaz qılan xanım içki məclisində görünməməlidir axı?!”

Müğənni Səidə Sultanla Elnur gündəlik ibadət etməsələr də, oruc tutmağı bacarırlar.

Şeron Qrupu”nun rəhbəri Rüstəm Zeynallı dinlə məşğul olur və o, namaz qılır.

Bəstəkar Vüqar Camalzadə Həcc ziyarətində olub, onun həmkarı aranjemançı Mahir isə hazırda Həcc ziyarətinə yollanıb.

Müğənni Kərim də dinlə məşğul olur, lakin bu haqda danışıb, reklam olunmaq istəmir. Onun sözlərinə görə, əgər kimsə dinlə məşğul olub, bunu reklam edirsə, haram iş görür.

Müğənni və təşkilatçı Ruhiyə də Həcc ziyarətinə getmək nəsib olub. Sənətçi ziyarətlərində Allahdan ana olmağı arzulayır.

Qarmon ifaçısı Gövhər Rzayeva, müğənnilərdən Bəsti Sevdiyeva, Zöhrə Abdullayeva da “Hacıxanım”lardandır.

Müğənni Xatun vaxtı ilə musiqi ilə bərabər, dinlə də məşğul olub, lakin sonradan onların ikisini bir əldə tutmağı bacarmayıb.

Eyyub Yaqubov da namaz qılıb, oruc tutan müğənnidir.

Abbas Bağırov, İlqar Muradov isə Ramazan ayında oruc tuturlar.

Müğənni Azərin də bir neçə ildir, namaz qılıb, oruc tutur.


Din və şou-biznes! Bir-birinə nə qədər zidd olsa da, hazırda səhnəmizdə bunların hər ikisini bir əlində tutmağa çalışanlar azlıq təşkil etmir. Günləri konsertlərdə, toylarda keçən bu sənət adamları görəsən, günün hansı hissəsində dinlə məşğul olmağa vaxt tapır və yaxud da namaz qılıb, oruc tutanların içki məclislərində iştirakları nə dərəcədə düzgün sayılmalıdır?
Bölmə: Şou Biznes | Baxış: 320 | Добавил: admin | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz