SADELIK

Baş | Qeydiyyat | Çıxış
Среда, 20.09.2017, 19:12
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
HOST-u:
Cəmi: 47
Mini CHAT
Baş » 2009 » Март » 11 » SENİN SEVGİN MENE MANE OLUR
SENİN SEVGİN MENE MANE OLUR
22:55
Qız:
- Mən səninlə azad deyiləm,amma əsil məhəbbət azad olmalıdır.
Oğlan dərindən nəfəs alaraq dedi:
- O ipi mənə ver. İpi götürür, bir ucunu öz ayağına, digər ucunu qızın ayağına bağlayır-gəl kiçik bir oyun oynayaq!
- Oynayaq!
- Bax bu kiçik ip bizim sevgimizdir, təsəvvür elə ki, mən sənə azadlıq verirəm, get.
Qız 1-2 metr gedir, ip qurtarır.
- Mən gedə bilmirəm, sənin sevgin mənə mane olur.
- Bizim sevgimiz!-oğlan sakitcə dedi-sən bir də cəhd elə.
Qız ayağını çəkdikcə ip ayağını kəsir.
- Məni incidir, ağrıdır axı.
Oğlan pambıq götürür,qızın ayağına əvvəl pambığı dolayır, sonra yenidən iplə sarıyır.
- İndi get.
Qız indi daha möhkəm çəkir ipi, oğlanın sifəti ağrıdan qırışır.
- İndi məni incitmir, amma yenə səndən uzaqlaşa bilmirəm, ip mane olur.
- Onda qalx axşam yeməyi hazırla.
Qız yemək hazırlamağa başlayır, ip ona sərbəst hərəkət etməyə imkan vermir.
- Yenə mənə mane olur.
- Onda gəl birlikdə hazırlayaq! -yaxınlaşır, qızın üzündən öpür, -birlikdə.
Onlar birlikdə yemək hazırlayır, stolun ətrafında oturanda oğlan soruşur:
- Sən unutmamısan? Biz hələ də bir-birimizə bağlıyıq.
- Oy, tamam unutmuşam.
Oğlan ipi açır və soruşur:
- Sən nəsə başa düşdün?
- Nəyi başa düşməliydim ki?
- Sən mənim canımsan!-oğlan dərindən nəfəs alır.
Yalnız gecənin sakitliyində oğlan öz-özünə danışırmış kimi deyir:
- Sən başa düşməliydin ki, həm çətin günündə, həm də xoş günündə məni tərk etmək istəsən hiss edəcəksən ki nəsə sənə mane olur. Sənə sevgimiz mane olacaq. Amma nə qədər ki birlikdəyik sən bu maneəni hiss etməyəcəksən.
- Bəs niyə sən bizim ayaqlarımızı bağladın?
- Çünki real həyatda bizim ürəklərimiz bir-birinə bağlıdır.
- Bəs niyə mənim ayağıma pambıq bağladın, öz ayağına yox?
- Pambıqsız sən ağrını hiss edirdin. Pambıq sənin kobudlaşmış duyğularındı. Amma bu o demək deyil ki, əgər sən ağrı hiss etmirsənsə mənə də ağrılı deyil. Sən unutmamısan ki bizim ayağımız yox, ürəklərimiz bağlıdır?
Qız susdu, fikrə getdi.
Oğlan isə hələ ürəyində davam eləyəcək ki, bunun çox asan çıxış yolu var-qayçı və ya bıçaq. Amma o bunu heç vaxt qıza deməyəcək, çünki onu itirmək istəmir,çünki ona görə bütün ağrı-acılara dözməyə hazırdır,çünki onun həmişə yanında olmağını arzulayır.
ÇÜNKİ ONU SEVİR.
Bölmə: Sevgi | Baxış: 250 | Добавил: admin | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz