SADELIK

Baş | Qeydiyyat | Çıxış
Среда, 20.09.2017, 19:13
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 11 » DİLİ QORUMAQ HQQİNDA
DİLİ QORUMAQ HQQİNDA
00:49
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Mö᾽minin nicatı dilini qorumaqdadır”.



“İnsanın cəhənnəmə düşməsinə səbəb onların dillərinin törətdiyi bəlalardan başqa bir şey varmı?!”


Bəndənin qəlbi saf olmasa imanı düz olmaz. Dili düz olmasa qəlbi saf olmaz. Çünki mö᾽minin dili qəlbinin arasında olar. Danışmaqdan qabaq deyəcəyi söz haqda fikirləşər. Münafiqin qəlbi isə dilinin arxasında olar və dilinə gələni deyər, xeyir-şərini fikirləşməz. Susmaq peşmançılıq gətirməz. Nə çox söz-söhbət var ki, dünyada və axirətdə peşmançılıq gətirər. Kişi öz dilinin altında gizlənib.


Ey insan, danışmaqdan qabaq düşün və onu ağılın süzgəcindən keçir. Əgər Allaha xatir olsa danış, yoxsa sakit ol, sus, dinmə! Nə gözəl deyilib: “Dil çox başları bəlaya salıbdır, o bizimlə birgə doğulmuş düşmənimizdir”. Hədisdə var ki, elə bir bədən üzvü yoxdur ki, deməsin: “Səni Allaha and verirəm, məni əzaba düçar etmə.”


Deyiblər ki, əgər danışmaq və susmağın eyiblərin görsətmək istəsək danışmaq gümüşdürsə, susmaq isə qızıldır. Bə᾽zən müəyyən səbəblərə görə danışmaq qızıl olar, sükut isə heç; Məsələn, əxlaqdan, şər᾽i qaydalardan danışmaq, yaxud nəsihət etmək. Hətta bə᾽zi hallarda sükut öldürücü zəhər kimidir. Məsələn, əmr be mə᾽ruf və nəhy əz münkər zamanı susmaq, düz yola gəlmək istəyənlərə yol göstərməyib susmaq və s. Allah taala sizi bəyəndiyi işlərdə müvəffəq və gələcək günlərinizi isə keçmiş günlərinizdən xeyirli etsin
Bölmə: Dini | Baxış: 274 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz