SADELIK

Baş | Qeydiyyat | Çıxış
Четверг, 22.11.2018, 14:22
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 10 » hikmetli sozler
hikmetli sozler
11:54



1. Qadının ağlı gözəlliyində, kişinin gözəlliyi ağlındadır.

2. ölmək asandır, yaşqamaq-çətin.

3. Dünyada üç yaziq var: taxtdan salınmış hakim, var-yoxdan çımış varlı və dəlilər içinə düşmüş ağıllı.

4. Məhəbbət birdir, amma iki ürəyi fəth edir.

5. Düz söz allahı sevindirər, adamı qəzəbləndirər.

6. Ana on uşağı yedirə bilir, on uşaq bir ananı yedirə bilmir.

7. Dünyada üç şey təhlükəlidir: bıçaq uşaq əlində, hakimmyət axmaq əlində və tərif yaltaq dilinde.

8. İlanının yarpızdan zəhləsi gedər, yarpız da yuvasının ağzında bitər.

9. Kasıb acından ölər, varlı-qorxusundan.

10. Işsizin üç böyük işi var: yemək, yatmaq, bir də deyinmək.

11. ölçüsündə yemək qüvvət gətirər, çox yemək-qəbir.

12. Nə qədər ki, suya düşməmisən, üzməyi öyrənməyəcəksən.

13. Bütün heyvanlar yük daşıya bilir, amma işə düşən eşşək olub.

14. Canımı verərəm, fürsəti vermərəm.

15. Bıçağın kəsən üzü birdir, dilin-yüz.

16. çox yeyəndə ağzın dadı, çox danışanda-sözün dadı.

17. Ayın ləkəsi gözə tez dəyər, nəinki şöləsi.

18. Dost-yaman gündə, qəhrəman-vuruşda, düzgünlük-borcda bilinir.

19. Hirsin əvvəli-ağılsızlıq, axırı-peşmançılıqdır.

20. Vətənsiz adam qanadsız quş kimidir.

21. Iki şeyin qiyməti itəndən sonra bilinir; bir cavanlığın, bir də sağlamlığın.

22. Istirahət zəhmət üçün mükafatdır.

23. Dəmiri nəm çürüdər,Insanı qəm çürüdər.Dərd var-gələr keçər,Dərd var-dələr keçər.

24. Suda boğulan xilas ediləndə tələb edir ki, batan şeylərini də çıxartsınlar.

25. Hər tikəni yemək olar, hər sözü demək olmaz.

26. Dilim mən sənin artığını kəsməsəm, sən mənim başımı kəsəcəksən.

27. Dünya-qızılgüldür; qoxla, ver yoldaşına.

28. Igidlik ondur: biri qüvvət, doqquzu fənd.

29. Dostluq alınmır, qazanılır.

30. Məhəbbət dəniz yosunu kimidir: sən ona tərəf gedərsən, o səndən uzaqlaşar; sən ondan uzaqlaşarsan, o sənə tərəf gələr.

31. Adam açıqlananda quyuya atıla bilər, ancaq yeddi qat artıq acıq oradan çıxartmağa kömək edə bilməz.

32. Tərif gələndə çaşma, töhmət gələndə coşma.

33. Başmaq qızıldan da olsa, ayağa geyilər.

34. Böylə qəm, böylə kədər-böylə gəlmiş, böylə gədər.

35. ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün.

36. Dəvəquşuna deyirlər: 'Yük apar', -deyir: 'Mən quşam'; deyirlər: 'Uç', -deyir: 'Mən dəvəyəm'.

37. 'Əgər'lə 'Məgər'i evləndirdilər, bir uşaqları oldu, adı 'Kaş ki,...'

38. Borc verən borclunun sağlıǧını istər, borc alan-onun naxoşluǧunu.

39. Qolu güclü olan birinə üstün gələr, ağlı üstün olan-mininə.

40. Alim hər yerdə alimdir, kral isə ancaq öz ölkəsində kraldır
Baxış: 384 | Добавил: sadelik | Reytinq: 5.0/1 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2018 | Конструктор сайтов - uCoz