SADELIK

Baş | Qeydiyyat | Çıxış
Понедельник, 23.10.2017, 08:52
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 9 » Gözüm gözlerinə baxanda
Gözüm gözlerinə baxanda
17:37
 


Gözüm gözlərinə baxanda.

Üzünü yan tutub qaçırsan məndən.
Məni əvvəlki təki sevmirsən nədən?
Nədir könlündəki söylə sevgilim!.

Bəlkə özgəsinə salmısan meyil?
O, baxış o, sözlər əvvəlki deyil.
Gəzirsən kənarda biganə veyil.
Nədir könlündəki söylə sevgilim?

Mənimsə qəlbimi qüssə qəm alır.
Soyuqluq qəlbimə şüphələr salır.
Sənsiz dünya gözlərimdə qaralır.
Nədir könlündeki söylə sevgilim
Sevgilimə can deyəndə,
Cananımı bir görəndə,
Gözlərimə işıq dolur,
Kedərlərim sevinc olur.

Gəl ay gülüm, sevgilim, ey nazlı mələyim,
Gəl səni mən son dəfə bir daha görəyim,
Daha dözməyir mənim bu yazıq ürəyim,
Gəl səni görüm ki, mən rahatca öləyim

Sevgini qəlbində büküb saxlama
Bu sevən qəlbimi mənim dağlama
Sağ ikən üzümə gülməmisənsə
Sənə yalvarıram, ölsəm ağlama

Hamı qonaq qalır bil ki, dünyada
Əbədi yaşamaq olar xülyada
Heç kəs qalmayacaq qoca dünyada
Mən qara torpağa düşsəm ağlama
Yuxu da getməyir gecə gözümə
Mən təəccüb qalmışam özüm özümə
Yenə inanmasan mənim sözümə
Mən səni daş ürək bilsəm ağlama

Sevgi sevinc deyil inan ki qəmdi
Bu qəm ürəyimdə yığılıb cəmdi
Şamı qaranlıqda əriyən şəmdi
Bir gün sönəcəyəm, sönsəm ağlama

Gah yuxuda, gah röyada
Gecələr də, gündüzlər də
Yalnız səni mən görürəm
Qəlbimdəki hislər ilə!

Elə bil ki, mənimləsən
Qelbimdəsən, könlümdəsən,
Başqa heç nə düşünmürəm
Qəlbimdəki hislər ilə!

Zaman necə dəyişibdir,
Varlı-kasıb hər zaman var
Amma onlar arasında məsafəmi,
Nə vaxtdan var
Bunu necə duyum, görüm,
Qəlbimdəki hislər ilə!

Həyatda sevinc olanda,
Elə bil ki, yanımdasan
Kədərli, qəmli anımda
Sən yenə də, yanımdasan
Səni necə sevməyim mən
Qelbimdəki hislər ilə!

Gördüm sevib-sevilirik
Necə də gözəldir ALLAH!
Mənə deyir, mən səninəm
Sən də mənim, nə məsləhət?
Röyada gördüyümü də,
Gerçəklikdə sanıram mən
Qəlbimdəki hislər ilə!

Qaynar hislər, eşq alovu
Heç vaxt sönməz, yaşayacaq
Məhəbbətdən ayrılanda
O sürətlə qocalacaq
Niyə axı qocalmasın
Qəlbimdəki hislər ilə!

Sevinc gözəl, kədər acı
Ancaq ömür gerçəklikdir
Sevincimə sevinc qatıb,
Kədərinə kədərlənən
Daim üzü gülən mənim
Ey sevdalım, qaranquşum
Səni necə sevməyim mən
Qəlbimdəki hislər ilə!
Səni necə sevməyim mən
Qəlbimdəki hislər ilə!

P.S:1 nəfərə həsr olunur...
Bölmə: Müxtəlif | Baxış: 297 | Добавил: admin | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz