SADELIK

Baş | Qeydiyyat | Çıxış
Воскресенье, 19.11.2017, 22:22
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 8 » KIMLERIN XARICDE EVI VAR ULDUZLARDA
KIMLERIN XARICDE EVI VAR ULDUZLARDA
18:31
 



Müxbirimiz bu sualla məşhur incəsənət nümayəndələri arasında sorğu keçirdi

Əksər əcnəbi müğənnilər dünyanın müxtəlif ölkələrində özlərinə malikanələr alır. Bu, məşhurlar arasında bir növ hobbiyə çevrilib. Amerikanın, Avropanın şou-biznes ulduzlarının demək olar ki, əksəriyyətinin 10, 20, hətta 50, 100 milyon dollarlıq sarayları, özəl təyyarələri, gəmiləri, yaxtaları var.

Ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrinin müğənniləri həddən artıq zəngin həyat tərzinə malikdir. Həmin məşhurlar qazandıqları pulların bir qismini yeri düşəndə xeyriyyəçilik işlərinə də sərf edir.
Məsələn, ərəb əsilli ünlü Kolumbiya müğənnisi Şakira bu məqsədlə 40 milyon dollar xərcləyib.
Mətləbdən çox uzaqlaşmayaq. Bu mövzunu ortaya atmaqda məqsədimiz başqadır. Əcəba, görəsən, Azərbaycan müğənnilərindən kimlərin xaricdə mülkü var? Məsələn, onlar da hansısa ölkədə, adada saraya, villaya, malikanəyə malikdirmi? Özəl təyyarələri, gəmiləri, restoranları varmı?
Bu sualları verməkdə məqsədimiz odur ki, son vaxtlar ölkə şou-biznesində üzdə olan əksər müğənnilərin həyat tərzində ciddi dəyişiklik müşahidə olunur. Bir də tez-tez eşidirik ki, səhnəyə yenicə çıxan bir xanım müğənni özünə 150 min dollarlıq maşın alıb, digər aktrisa bir neçə yüz min dollarlıq villaya köçüb. Şübhəsiz ki, ölkə ictimaiyyəti bu var-dövlətin mənbəyini təxmini də olsa bilir. Tutaq ki, yaxın-uzaq xaricdə, lap elə qonşu Türkiyədə hansısa müğənni kaset və disk satışından, konsert proqramlarından, çəkildiyi reklam çarxlarından pul qazanıb onu biznesə yatırırsa, bizdə bu sahə hələ inkişaf etməyib. Ardıcıl toya getməklə də bu cür zənginləşmək mümkünsüzdür.

Ədalətin nəinki yerdə, hətta göydə də mülkü var

Amma bizim elə müğənnilərimiz var ki, nəinki Yer planetində daşınar və daşınmaz əmlaka sahibdir, müğənni Ədalət Şükürovun timsalında hətta Ayda da torpaq sahibidirlər. Məlum olduğu kimi, 7 il əvvəl Moskvadakı dostları Ədalət bəyə ad günü münasibətilə Ayda torpaq sahəsi hədiyyə ediblər. Özü də nə az, nə çox - 1 hektar! Onun dediyinə görə, bir çox azərbaycanlılar da Ayda torpaq sahibidir. Ədalət bəy vaxtilə Sankt-Peterburqda evinin olduğunu desə də sorğumuza cavabında yenidən xarici ölkədə ev almaq fikrinə düşmədiyini bildirdi. Səbəb kimi qiymətlərin bahalığını göstərdi.

Teymur Əmrah hələ Bakıdan təzə ev alıb...

Elə müğənnilərimiz də var ki, heç Bakının özündə ev-eşik yiyəsi deyillər. Məsələn, müğənni Teymur Əmrah neçə ildir “evim yoxdur” deyib ah-nalə çəkir. Teymur müəllim o qədər ağlayıb-sızladı ki, axırda kimsə bir ürəkli insan tapıldı və ona ev alıb bağışladı. İndi də deyir təmir etdirib içinə köçməyə pulu yoxdur. Bizdən bircə onu demək qalır ki, Allah sizə çoxlu pul yetirsin, Teymur Əmrah.
Bəs görəsən, mənəm-mənəm iddialı, efirə çıxanda forsundan, ədasından, hikkəsindən az qala televizorun monitorunu çatladan müğənnilərdən kimlərin xaricdə evi var?

Xumar Qədimovanın pulu olsa, yəqin boş dayanmazdı

Xumar Qədimova ilə birbaşa əlaqə yarada bilməsək də bacısı Mətanət Qədimova Xumar xanımın xaricdə hələ ki, evinin olmadığını söylədi. Mətanət xanım bunu sırf maddi imkansızlıqla əlaqələndirdi.

Səməd Səmədov: “Bakılı balasıyam, neynirəm xaricdən ev alıb?!”

Toylar kralı Səməd Səmədov xaricdən ev almaq niyyətinin olmadığını dedi: “Mən bakılı balasıyam, Bakıda qalasıyam. Məni bura möhkəm bağlayan tellər var, neynirəm xaricdən ev alıb?!”

Aygünün xaricdə evi olmasa da qızını xaricdə oxutmaq istəyir

Aygün Kazımovanın mətbuat katibi Samirə müğənninin hələ ki belə bir fikrinin olmadığını söylədi: “Aygün xanım çox zövqlüdür. Bəlkə də haradasa hansısa bir ev çox xoşuna gələr və onu alar. Amma onun hazırda belə bir planı yoxdur”.
Samirə xanım Aygün Kazımovanı düşündürən birinci dərəcəli məsələnin qızının xaricdə təhsil alması oduğunu söylədi.

Mətanəti vətən sevgisi qoymur xaricdə villa almağa

Çoxdandır səs-sorağı gəlməyən müğənni Mətanət İsgəndərlinin meneceri Roland hazırda Mətanət xanımın qonağının olduğunu söylədi və müğənninin adından sualımızı cavablandırdı. Meneceri Mətanət xanımın Azərbaycanı çox sevdiyini, bu səbəbdən də müğənninin xaricə meylli insan olmadığını bildirdi.

Nazpəriyə Almaniyada ev veriblər, götürməyib

Nazpəri Dostəliyeva ev sarıdan başının çox ağrı çəkdiyini bildirdi: “İndiyə qədər 40-dan çox ölkədə olmuşam. Mənə Almaniyada ev verirdilər, üstəlik orada işləməyim üçün şərait də yaradılmışdı. Amma bundan imtina etdim. Mən azərbaycanlı balasıyam. Çörəyimi də Azərbaycanda qazanıram”.
Nazpəri xanımın dediyinə görə, xaric bir yana qalsın, Azərbaycanın özündə onun adına indiyədək 200-dən artıq ev çıxarıblar: “Guya mənim onlarla evim, bağım var. Halbuki bunlar yalandır”.
Əslən Yardımlıdan olan Moskva Şəhər Yaşıllaşdırma İdarəsinin rəisi Mirəşrəf Fətiyevin Nazpəri Dostəliyevaya Rusiya paytaxtında üçotaqlı ev alması xəbəri haqda müğənni xanıma sual verdikdə o bu cür xəbərlərin hamısının şayiə olduğunu söylədi.

İmza QASIMOV TANRIVERDI.
Bölmə: Şou Biznes | Baxış: 323 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz