SADELIK

Baş | Qeydiyyat | Çıxış
Среда, 20.09.2017, 19:20
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
HOST-u:
Cəmi: 47
Mini CHAT
Baş » 2009 » Март » 8 » MƏHŞUR MÜĞENNİLƏRMİZIİ ÖLÜ SAYTLARI
MƏHŞUR MÜĞENNİLƏRMİZIİ ÖLÜ SAYTLARI
18:20

İnternet getdikcə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevirilməkdədir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da internetin imkanlarından istifadə edənlərin sayı sürətlə artır. Bununla yanaşı Azərbaycan məkanında yeni-yeni internet saytları da açılır. Əksər inkişaf etmiş xarici ölkələrdə internet həm də məşhur şou-biznes nümayəndələrilə təmas qurmaq üçün yaxşı vasitədir. Xaricdə fanatlar sevdikləri müğənnilərin saytlarına daxil olmaqla onların yaradıcılığını izləmək, yeni layihələrilə tanış olmaq imkanı qazanır, suallara cavab ala bilir, arzu, təklif və ya iradlarını bildirirlər. Ən əsası isə əcnəbi ulduzların öz pərəstişkarlarının müraciətlərinə biganə qalmamaları, heç olmasa etika xatirinə onların elektron poçtlarına cavab məktubu göndərmələridir.

www.aygun.info veb-səhifəsi rus və ingilis dilində olsa da, saytın Azərbaycan versiyası yoxdur. Saytın operativliyindən danışmağa dəyməz. Burada Aygün xanım haqqında, onun yaradıcılığı barədə çox az məlumat almaq mümkündür. Saytda müğənni barədə sonuncu informasiya 2002-ci il mayın 14-də yerləşdirilib. Həmin vaxtdan bəri A.Kazımovanın hansı yeniliklər etdiyi, neçə albom buraxdığı, neçə klip çəkdirdiyi, hansı layihələrdə iştirak etdiyi barədə məlumat yoxdur.

www.brilliantdadashova.com saytına da eyni iradlar tutmaq olar. Saytın tərcümeyi-hal bölümündə Brilyant Dadaşovanın doğum tarixi, onun ailəsi barədə qeydlər yoxdur. Bu veb-səhifədə hər şey köhnədir: şəkillər, informasiyalar, mahnılar və s. Saytın mətbuat bölümündəki sonuncu inofrmasiya 2004-cü il yanvarın 1-də yerləşdirilib. Halbuki həmin tarixdən sonra Brilyant xanımın yaradıcılığında xeyli dəyişiklik və yenilik baş verib. Veb-səhifədə müğənninin yeni mahnıları da yerləşdirilməyib.

Son vaxtlar səhnədə bir-birinin ardınca yenililiklər edən və gənclərin ən çox dinlədiyi müğənni Röyanın da internet səhifəsi barədə ürəkaçan heç nə demək olmaz. www.royaayxan.net saytına giriş neçə vaxtdır məhdudlaşdırılıb. Texniki səbəblərə görə, təmirə dayandırıldığı bildirinə saytın nə vaxt fəaliyyətə başlayacağı barədə məlumat verilmir.

www.faiqagayev.az saytının vəziyyəti də o biri sənətçilərin veb-səhifələrindən fərqlənmir. Saytın operativliyi barədə danışmağa dəyməz. Azərbaycan və rus dillərində olan veb-səhifədə sonuncu məlumat 2002-ci il yanvarın 8-də yerləşdirilib. Buradan F.Ağayevin yaradıcılığı, ailəsi və digər işləri barədə heç bir təzə məlumat öyrənmək mümkün deyil. Saytın ünsiyyət bölümü işləmir, şəkillərin hamısı 2002-ci ildə yerləşdirilib. Deməli 6 ildir bu saytda heç bir yeniləşmə işləri aparılmır.

www.tunzale.com saytında da yaxşı heç nə yoxdur. Bu internet səhifəsində Tünzalə Ağayevanın yaradıcılığı barədə sonuncu məlumat 2004-cü il noyabrın 20-da yerləşdirilib. Tərcümeyi-hal bölümündə Tünzalənin doğum tarixi, ailə qurub-qurmadığı barədə məlumat yoxdur. Saytda müğəninin yaradıcılığı, albomları barədə informasiyaların yerləşdirilməsi 4 ildir ki, unudulub. Saytın forum bölməsi də işləmir.

Beləliklə, tanınmış estrada müğənnilərinin İnternet saytlarını nəzərdən keçirdikdən sonra belə qəraətə gəlmək olur ki, bizim müğənnilər öz veb-səhifələrini sadəcə prestij əlaməti olaraq yaradıblar. Deməli, vaxtilə həmin saytların gurultulu təqdimat mərasimini keçirən müğənnilərin əsas məqsədi bu olub ki, qoy desinlər ki, filankəsin də veb-səhifəsi var. Halbuki, bu cür «ölü saytlar»dansa, onların olmaması daha yaxşıdır. Yəqin ki, müğənnilərin nəinki, prodüserləri və mətbuat katibləri, hətta özləri də öz şəxsi saytlarına daxil olub baxmırlar. Əgər daxil olsaydılar, saytlanı işi onları narahat edər, oradakı köhnəlmiş informasiyalar təzələnərdi. Belə nəticəyə gəlmək olar ki, bu saytaırı heç kim-nə jurnalistlər, nə musiqi həvəskarları, nə müğənnilərin fanatları izləyir.
 
Bölmə: Şou Biznes | Baxış: 389 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz