SADELIK

Baş | Qeydiyyat | Çıxış
Четверг, 22.11.2018, 14:06
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
HOST-u:
Cəmi: 47
Mini CHAT
Baş » 2009 » Март » 8 » ESGERLIKDEN YAYINAN VETENPERVER MUGENNILER
ESGERLIKDEN YAYINAN VETENPERVER MUGENNILER
18:15


Əsgərlikdən yayınan "vətənpərvər" müğənnilərin siyahısı

Şousevər adlandırdığımız bu xalq gerçəkdən müğənnilərin hərbi xidmətə laqeyd münasibətindən narahat imiş. Onlarla zəng edən, e-mail yazan oxucum soruşur: «Onların hansı əlahiddə imtiyazları var ki, həmyaşıdlarından fərqli olaraq əsgərliyə getmirlər?» Yazıda müqayisə üçün bütün dünyada məşhur olan türk müğənnisi Tarkana Türkiyə hökumətinin əsgərilkdən möhlət hüququ verməməsi və onun orduya göndərilməsi yada salınır. Bu hadisə Türkiyə Cumhiriyyətinin bütün vətəndaşlara eyni gözlə baxmasını sübut etməklə yanaşı, həm də xalqda orduya olan məhəbbəti gücləndirdi.
Bəs müharibə şəraitində yaşayan Azərbaycanda nə baş verir ki, müğənnilər ordudan kütləvi surətdə yayınır, hərbi terminologiya ilə desək, fərarilik edirlər? Vətənpərvərlik ruhunun yüksəlməsində müsiqinin əvəzsiz rolu var. Lakin bir gün də ordu görməyən birinin ”Ana vətən” deyib boğazını yırtmasından hansı effekti gözləmək olar? Kim belə ifaçının duyğularının səmimiliyinə inanar?
“Bizim Yol” müğənnilərin əsgərik məsələsini araşdırmaq, ictimailəşdirmək niyyətindədir. Qoy onlar ya hamı kimi normal hərbi xidmət keçsinlər, ya da hansı səbəbdən ordudan kənarda qalmaları barədə ağılabatan izahat versinlər.
Bu günlük işimiz Azərbaycan ordusunda xidmət etməyi, əyninə komuflyaj geyməyi özünə təhqir sayanları sıralamaq olacaq. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan praktikasında ordudan daha çox saxta tibbi arayış almaqla yayınırlar. Bu arayışlarda bir qayda olaraq çağırışçının enurezə tutulması - sidiyi saxlaya bilməməsi və ya ruhi əsəb xəstəliklərinə mübtəla olması göstərilir.
Biz müğənnilərimizdə belə arayışın olub-olmadığını bilmirik. Amma əminik ki, onlar hansısa saxta arayışa sahibdirlər. Beləliklə, sıralamaya başlayaq.

1. Əməkdar artist Faiq Ağayev. Agentliklərin birinə verdiyi müsahibədə o əsgərliyə getməməsini səhhətindəki problemlə əlaqələndirib. Əyninə uniforma geyib “Azərbaycan, Odlar Yurdum mənim» kimi psevdopatriotik mahnı ifa etsə də, Faiq nə SSRİ, nə də Azərbaycan ordusunda əsgərlik keçməyib.

2. İzzət Bağırov. “Yar, aman yar” mahnısının klipini guya hərbi süjetlərlə zənginləşdirib. Müğənni həmin klipdə əyninə uniforma şalvarı geyib. Amma o da əsgərliyə getməyib.

3. Müğənni Abbas Bağırov. Azərbaycan tarixinə comərd və igid bir tarixi şəxsiyyət kimi düşən Cavad xanın həmyerlisi olan Abbas da hələ əsgərliyin nə olduğun bilmir. O, bunun səbəbini də açıqlamamır.

4. “Şeron” qrupunun üzvləri kollektivin adı üstündə amansız dava aparsalar da, atəşkəs dövründə əsgər getməyə cürət etməyiblər. Qrup üzvlərindən heç biri – nə Ülvü, nə İntizar, nə də Məlikməmməd ordu sıralarında olmayıb.

5. “N Brothers”. Namiq Qaqaşın iki köhnə yetirməsi, özünə «Abu Xalid» ləqəbi götürmək kimi cılız populyarlıq metoduna əl atan Xaliq Əliyev və Emil Bədəlov da əsgərlik üzü görməyiblər. Bir neçə il əvvəl onlar bunu təhsil almaları ilə əlaqələndirirdilər. İndisə təhsili başa vurublar, amma əsgər getmək yada düşmür.

6.Elnur Məmmədov. Teleefirdən düşməyən, özündən olduqca razı olan bu gənc 1982-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olsa da, əslən qarabağlıdır. Məlum olmayan səbəbdən o da hərbi xidmətdən yayınır.

7. Ordudan yayınan daha bir gənc qarabağlı: Hüseynov Zamiq Əsgər oğlu. 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb, naməlum səbəbdən əsgər olmağı özünə sığışdırmır.

8. 1985-ci ildg Ağdam rayonunda dünyaya gələn Ayaz Eyvaz oglu Qasımovun da Milli Orduya getməməsi təəccüb doğurmaya bilməz. Diqqətli izləyicilərin yadında olar: “Azəristar” yarışmasında Ayazın olduqca miskin ruhda mahnı oxuması primadonna İlhaməni qəzəbləndirdi: O, Ayaza dedi: ”Sən gəncsən. Bizə aləm baxır. Bu nə mahnıdır ağlaya- ağlaya oxuyursan?. Sən gələcəyin əsgərisən, məğrur ol. Belə ağlamaqla düşnəmə nə edə bilərsən?” O zaman Ayaz Amalya Pənahova hələ tələbə olduğunu söylədi. “Təhslimi bitirən kimi orduya gedib şərəflə borcumu yerinə yetirərəm” dedi. Lakin bu müğənni «şərəfli borcunu» hələ də yerinə yetirməyək istəmir.

9."Azəristar" televiziya layihəsinin finalçısı Nurlan Növrəsli. 1984-cü il təvəllüdlü bu növcavan da hərbi borcunu ödəməyib.

10. Daha bir "Azəristar" yetirməsi Elton Hüsəyinəliyev da əsgərlikdən yan qaçanlardandı.

P.S. Bu, hələ tam olmayan siyahıdır…

P.P.S. Adı burada sıralanan müğənnilərin nəzərinə: İncə qəlbli Samir Bağırov əsgərlik borcunu yerinə yetirib. Eləcə də xanım müənni Aygün Kazımova əyninə forma geyib Qarabağ döyüşlərində iştirak edib
Bölmə: Şou Biznes | Baxış: 510 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2018 | Конструктор сайтов - uCoz