SADELIK

Baş | Qeydiyyat | Çıxış
Понедельник, 23.10.2017, 08:52
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
HOST-u:
Cəmi: 47
Mini CHAT
Baş » 2009 » Март » 8 » HEYAT ORNEYIMIZ KIMDIR
HEYAT ORNEYIMIZ KIMDIR
17:37


H‎əyat örnəyimiz kimdir?
Böyük-kiçikliyindən asılı olmayaraq bütün insanlar digərlərindən örnək götürür, bəzi işlərində onlara oxşamağa çalışırlar. Bu, hər bir insanın fitrətində olan bir xüsusiyyətdir. Odur ki, tarix boyu cəmiyyətlərin öndə gedən ziya sahibləri insanın bu fitri ehtiyacını təmin etmək məqsədilə onlara nümunələr təqdim etmək fikrində olmuşlar. Ümumiyyətlə təlim-tərbiyə məsələləri ilə məşğul olan hər bir kəs insanın məhz bu xüsusiyyətini nəzərə alaraq tərbiyənin lazım olduğunu ortaya qoyur. İnsan ağıl sahibi olmaqla yanaşı, həm də müxtəlif nəfsi istəklər toplusudur. İnsanın bu ziddiyyətli daxili qüvvələri arasında həmişə mübarizə gedir və təəssüf ki, insan heç də həmişə bu mübarizədən qalib çıxmır. Insanın maddi meyilləri onu bir istiqamətə, mənəvi hissləri isə digər istiqamətə çəkir. Onun bu mübarizədən ağılın qələbəsi ilə çıxması üçün ağıl sahibi olması kifayət deyildir. Belə ki, insan heç də həmişə ağılının vasitəsi ilə ağı-qaradan və ya pisi yaxşıdan seçə bilmir. Bunu bəşər tarixinə ötəri nəzər salmaqla görmək mümkündür. Hətta çox uzağa yox, elə günümüzdə və ətrafımızda baş verən hadisələrə nəzər salmaqla da ağılın insanı məqsədinə çatdırmaq üçün yetərli olmamasının şahidi ola bilərik.
İslam baxımından insanın ağılına verilən dəyər çox yüksəkdir. Bu iddiani çox asanlıqla sübut etmək üçün İslamın ana mənbəyi sayılan Qurana nəzər salmaq kifayətdir. Belə ki, Quran insanları doğru yola dəvət edərkən insanların qarşısına qoyduğu məsələlərdən biri, onların öz ağıllarına müraciət etməsidir. Heç də təsadüfi deyildir ki, ağıl kəliməsi və ondan yaranan ifadələr Quranda 49 dəfə işlənmişdir. Ümumiyyətlə din və şəriət ağıl sahibləri üçün göndərilmiş və Quran ağıl sahibləri üçün nazil edilmişdir.
Lakin bütün bunlara baxmayaraq Allah-Təala insan ağılının onun səadətə qovuşması üçün birmənalı şəkildə yetərli olmamasını nəzərə alaraq insanları doğru yola dəvət etmək üçün elçilər göndərmiş və insanlara onlara tabe olmağı əmr etmişdir. Allahın göndərdiyi bu elçilər bütün dövrlərdə cəmiyyətin ən səmimi və dürüst şəxsiyyətləri olmuşlar. Allah-Təala peyğəmbərləri göndərib ki, insanlara real örnək olsunlar. Belə ki, həmin peyğəmbərlərin məhz insanların öz içlərindən seçilməsi və insan cinsindən olması o məqsədi daşımışdır ki, onlara tabe olacaq insanlar bu ilahi nümunələrə bənzəməyi mümkün saysınlar. Çünki, əgər Allahın nümunə göstərdiyi varlıqlar insan deyil, məsələn, mələk olsaydılar, təbii ki, onlar öz etirazlarını bildirər və mələyə oxşamağın qeyri-mümkün olduğunu deyərdilər.
Bu silsilənin davamı olaraq Allahın göndərdiyi örnəklərin ən sonuncusu İslam Peyğəmbəri (s) Həzrəti Muhəmməddir (s). Allah-Təala Qurani-Kərimin Əhzab surəsinin 21-ci ayəsində buyurur:
“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”
Bəli, Peyğəmbər (s) Allaha iman edən və qiyamətə inanan hər bir kəs üçün ən gözəl örnəkdir. Allah-Təalanın Peyğəmbəri (s) bizlərə örnək kimi təqdim etməsinin səbəbi o həzrətin əxlaqının ilahi meyarlarla misilsiz dəyərə malik olmasıdır. Allah-Təalan Peyğəmbərin (s) əxlaqı barəsində belə buyurur:
“Şübhəsiz ki, sən böyük bir əxlaq sahibisən!” (Qələm, 4)
Odur ki, örnək olmağa yalnız əxlaq sahibləri layiqdirlər. Özü də o əxlaq sahibləri ki, onların əxlaqı ilahi meyarlara uyğun gəlsin və onların insanlar üçün nümunə olmasını Allah təsdiqləmiş olsun.
Peyğəmbəri (s) örnək götürmək üçün ilk addım olaraq o həzrətin həyatını öyrənmək lazımdır. Allah-Təala Peyğəmbəri (s) mütləq şəkildə örnək kimi təqdim etdiyi üçün biz həyatımızın bütün sahələrində o həzrətdən nümunə götürməli və onun yolu ilə getməliyik. Bu, Allahını sevən hər bir kəsin vəzifəsidir.
“De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali-İmran, 31)
Elə isə, bir daha nümunə ve örnək sandıgımız nümunələrə yenidən nəzər salaq və onların Quran meyarı ilə müvafiq olub-olmadığını dəqiqləşdirək. Allahın “böyük əxlaq” sahibi kimi dəyərləndirdiyi örnək ola-ola, digərlərinə üz tutmaq nə qədər də yanlış bir seçimdir.





Fikirlərinizi bildirməyi unutmayın!
Baxış: 278 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz