SADELIK

Baş | Qeydiyyat | Çıxış
Воскресенье, 18.02.2018, 00:01
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
HOST-u:
Cəmi: 47
Mini CHAT
Baş » 2009 » Март » 7 » AYSEL TEYMURZADE OZU HAQDA DANISDI
AYSEL TEYMURZADE OZU HAQDA DANISDI
19:28



Artıq xəbər verdiyimiz kimi, dünən 54-cü «Eurovision» mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin adı açıqlandı. Bu, 19 yaşlı Aysel Teymurzadədir. Çoxları üçün bu ad hələ heç nə ifadə etməsə də, artıq onun bir gün içində bütün ölkədə məşhurlaşdığı sirr deyil. Bəs kimdir Aysel Teymurzadə? Qeyd edək ki, 40 ifaçı arasından seçilən Aysel istedadlıdr, gözəl rəqs edir, ingilis dilində sərbəst danışır və həm də hədsiz gözəldir.
Seninem.az müğənninin müsahibəni tərcümə edərək, oxuculara təqdim edir.

- Aysel xanım, yəqin ki, bu günü siz heç zaman unutmayacaqsız. Siz bu gün yuxudan məşhur oyanmısız. Düzdür, haqqınızda ilk dəfə hələ bir neçə ay əvvəl danışmağa başladılar. KİV-də bəstəkar İsa Məlikovun "R n B" layihəsi haqqında yazılanları nəzərdə tuturam.
Hə, belədi! Mən bu gün məşhur oyanmışam! Belə bir şey olub. Seçim haqqında da İsa Məlikovdan eşitmişəm. Onunla birgə planlaşdırdığımız proyektsə «Eurovision»dan sonra həyata keçiriləcək. Əgər mən gərgin olsam, nə müsabiqədə, nə də ki, bizim proyektdə heç bir şey alınmaz. İndi yalnız «Avroviziya»ya köklənmişəm!
- Ümidvarıq, bu gözlənilməz məşhurluq başınızı dumanlandırmayacaq. Necə ki, bu Elnur və Samirlə baş verdi…
Əminəm, məni belə aqibət gözləmir. Düşünürəm hər şey yaxşı olajaq. Mən alicənab ailədə boya-başa çatmışam. Atam jurnalistdi, uzun müddət dillər universitetində fəlsəfə kafedrasının müdiri işləyib. Anamsa elmlər doktorudu, Slavyan Universitetində işləyib. Ailəninsə sonbeşiyiyəm - böyük bacılarımın 33 və 35 yaşları var.
«Yeni Ulduz» televiziya müsabiqəsində iştirak etmişəm. Küçədə hər kəs məni tanıyırdı. Bir il ABŞ-da təhsil aldım, amma uğurlarım məni heç dəyişməyib. Dostlarım hətta deyirlər ki, mən indi daha ciddi olmuşam.
O ki, qaldı Elnur və Samirə - onlar istedadlı uşaqlardı, düşünurəm, birinci yerə laiq idilər. Mən çalışacağam onlardan da irəli gedim. Birinci olacam!
- Mətbuat konfransında təqdim olunan çarxa inansaq, siz qərb musiqisinin təsiri altında tərbiyə almısız. Hətta Beyonsun hərəkətlərini etməyə cəhd edirdiz…
Düz qeyd etdiniz, seçim turunda mən Beyonsun repertuarına müraciət etdim. O mənim kumirimdi, səhnədəki bütün hərəkətləri məni valeh edir. Uzun müddət rəqslə məşğul olmuşam. Müasir musiqiylə yanaşı azərbaycan xalq musiqisini də öyrənmişəm. Hazırki şou-biznes yüksək biliklər tələb edir və mən də çalışıram zamanla ayaqlaşam.
- Birinci olmaq çox çətin olacaq. Orda Sakis Ruvas, Hadise, çox güman hətta Patrisiya Kaas kimi şou-biznes akulaları olacaq. Adlar qorxutmur ki?
Deyərdim bu məni daha çox stimullaşdırır. Mən özümə və məni müsabiqəyə hazırlayan komandaya inanıram. Əlimnən gələni edəcəm ki, ümidləri doğruldum və ləyaqətlə vətənimi təmsil edim!
Baxış: 414 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2018 | Конструктор сайтов - uCoz