SADELIK

Baş | Qeydiyyat | Çıxış
Воскресенье, 19.11.2017, 22:29
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
HOST-u:
Cəmi: 47
Mini CHAT
Baş » 2009 » Март » 7 » GENCLIK UGUR.UCRUM.YOXSA MUASIRLIK HEVESI
GENCLIK UGUR.UCRUM.YOXSA MUASIRLIK HEVESI
19:13


Mən hal hazırda toxunduğum bu mövzu bəlkədə bəzilərinizin düşüncəsində gülməli bir tənqid forması kimi,bəzilərinizin isə haqq ədalət,günümüzün acınacaqlı probleminə yaxından bir baxış kimi qalacaq.
Ən azından müasirlərimizin dili ilə desək hərənin öz fikri var.Çünki həmişə keçmiş nəsil,gənc nəsillə mübahisə edib ki,ötən dövr daha yaxşı ıdı,gənclərimiz savadlı,sağlam düşüncə sahibi idilər və indiki gənclik keçmişini unudur,uçuruma doğru gedir və.s.Əlbətdəki söhbət hamısından deyil amma böyük əksəriyyətindən gedir.Amma bir şey maraqlıdır ki,biz gənclər böyüklərin baxışı ilə deyil,özümüz özümüzə,öz gözümüzlə baxmalı və hərəkətlərimizə,düşüncə tərzimizə qiymət verməliyik.
Artıq gündən günə müasirləşib,gözəlləşən bu Bakımızın ən böyük problemlərindən biri gənc nəsilimizin heçdə sağlam olmayan düşüncə tərzidir.Təssüflər olsunki müasir gəncliyimizi görəndə heyifsilənməmək mümkün deyil.”Gəncliyimizə qısa səyahət’’: Artıq iki gənc bir arada olanda mütləq ən hit musiqilərdən,hansı kafe və hansı barın yaxşı servisindən,əyləncədən,virtul ötəri tanışlıqlardan,mobil telefonların funksiyalarından,bluetooth sistemi ilə maraqlı şəkillərdən,videolardan (əxlaqdan kənar eybəcərliklərdən) şahid olduğundan maraq dolusu bəhs edir.Ən gülməli və acınacaqlı olan halda budurki,Avropa gənclərinin həyat tərzindən və mənasını tam dərk etmədiyi müasirlikdən danışır.Qoy gənclərimiz,oxucularım və yaxın münasibətdə olanlar məndən inciməsin.Axı biz bu düşüncə tərzi ilə hara gedirik?Heç düşündünüzmü?

Ayıl ey Gənclik!...Azərbaycan müstəqil olub ey olmağına,bütövlüyünü təsdiq edibmi?!Ayaq üstündə özü dura bilirmi?Analarımızdan,atalarımızdan belə gördükmü?Əxlaqımızdan,mənəviyyatımızdan gözqamaşdıran,gəldi gedər,qısamüddətli həyat tərzinə görə keçəciyik?Sonra oturub hədər keçən boş illərimizə heyifslinəcəyik?!Uşaqlarımızada belə gələcək verəciyik?!
Mən bu mövzumla pessimist fikirləşmək istəmirəm,yaxşıları axtarıram.Az bir hissə gənclər var ki,onlar hər yerdə elmi,əxlaqı ilə seçilir.İnşallah bu qrup gənclərimizin sayı gündən-günə artar.
Gəncliyimiz uçuruma gedir.Bu əxlaqla,bu tərbiyyə ilə,bu savadsızlıqla,avropanın qılçalarından yapışaraq başımızı onun ayaqları altına qoyub torpağı öpəciyiksə gəncliyimiz və gələcəyimiz çox tezliklə məhv olacaq.Müstəqilliyimizi isə artıq itirmişik sayılır..

Dayan sürücü qardaş dayandır bu qatarı
Göstər bütün aləmə daşıdığın yatarı
Yox birinin təriqəti,yox birinin tutarı
Əqidəyə,məsləkə,yola izə nabələt

Hara gedir bu millət?

Gəlin əl-ələ verib gəncliyimizi doğru düzgün yola çağırıb özümüzlə uğur dolu gələcəyə aparaq...!

Uğurlu Gələcəy arzusunda "Gənc Fikir" ictimai birliyinin  SEDRI Q.TANRIVERDI
Baxış: 513 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz