SADELIK

Baş | Qeydiyyat | Çıxış
Понедельник, 23.10.2017, 08:51
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 7 » HER YASDA USAGIG
HER YASDA USAGIG
18:33


Qeyd:Sizlərlə bir neçə gün öncə başıma gələn hadisəni bölüşmək istədim.Bəlkədə bunu hadisə adlandırmaq olmaz.Acılı bir hekayənin şahidi oldum və çox üzüldüm.Qərara aldım ki,yaşlı bir adamla etdiyim bir neçə dəqiqəlik söhbəti bədii dildə,yəni hekayə formasında sizlərlə bölüşüm.Oxuyun və rəy bildirin.!


{:.:.:.:}İnsan hər yaşda uşaqdır{:.:.:.:}


Gecə saat 22:00,22:15 radələri olardı.Yolun qırağıynan gəzə-gəzə evə gəlirdim.Biz tərəflərdə tikintisi yarımçıq qalmış bir restoran var.Onun yanında həmişə yaşlı bir kişi oturub loru dillə desək “semiçka” satır.Həmin gecə bilmirəm niyə amma təsadüfən yolum ordan düşdü.Tikintisi yarımçıq qalmış restoranın qabağındakı kişinin uşaq kimi ağladığını gördüm.Bəlkə ömrümdə ilk dəfə idi ki,yaşlı bir insanın,xüsusəndə kişinin belə ağladığını görürdüm.Havnın küləyli ya soyuq olmasından idi bilmirəm,amma yaşlı kişi nədənsə çox titriyirdi.Əynində “tapıçka,dama-dama şalvar,5-6 ilin köynəyi” var idi.Amma o soyuq gecə üçün məncə bu paltarların olması yetərli deyildi.Kişi isə hələ də ağlamağında idi.Yaxınlaşdım və söhbətə belə başladım..
Mən:Dayı niyə ağlıyırsan.?Nəsə problemin zadın var.?
O:Bala get sənlik deyil,yeri get.!!
Düzün desəm dayının bu sözündən sonra bir az hirsləndim.Amma nədənsə ayaqlarım dalımca getmirdi.Təzədən yenə üzlülüymə salıb birdə:
-Dayı onsuzda gedirəm.De görək nə olub.?Mənə maraqlıdı ki,niyə gecə vaxtı oturub burda ağlıyırsan uşaq kimi.?!
O:Heç ömründə 63 yaş yaşamısan..?
Mən:Yox əşşi mənə hələ var.. (deyərək güldüm)
O:Görürsən.?...Bax bugün dayının 63 yaşı tamam olur....(Mənsə sözünü yarımçıq qoyub)
Mən:Ay təbrik edirəm edirəm.İnşallah 100 yaşını qeyd edərsən ay dayı.
Amma görünür bu sözüm dayının heçdə kefini açmadı və boğuq səslə mənə qısaca bunları dedi..
-“Bilirsən bala axırıncı dəfə ad günümü 20 yaşımda qeyd eləmişəm.O gündən bu yana bir dəfə də olsun ad günümdə “Allahın perojnasını da” görmədim.Papam,mamam ölənnən sora yetim qaldım.Qohum-əqrabada bir binamusda mənə sahib çıxmadı.Sahib çıxsaydılar bəlkə də indi yaxşı bir yerdə işdiyirdim.Daha gəlib onun bunun əlinə baxmazdım.Əşşi sözüm onda yox bir təhər özümü hamballıqla dolandırırdım.Daha yaşlanıb dayın.İndi gedib Qul bazarında sement,kafel daşıyası yaşım deyil nədə ki,bədənim buna əl vermir.İndi də oturub günümə ağlıyıram.Məndə hamı kimi istəyərdim ki,ad günümü “adam balası” kimi qeyd edəm.Adam kimi oturum”peçonnu” ilə çay içəm.Allah pulun üzün qara eləsin.Əşşi day atdanıb düşəsi halımda yoxdu.Ancaq arzum idi ki,evə gələndə nəvəmi qucaqlayım,ailəm ilə bir neçə saat vaxt keçirim,amma arzum ididə..Əşşi tüpürüm belə yaşayışa.!!!Bala cavansan qədrini bil.Nə isə get day soyuqdu axşama düşmə.Məndə veş-vüşümü yığım gedim..”
Mənim isə bəyaq gülən üzüm indi acılı bir sima ilə dəyişilmişdi.Həqiqətən də çox üzüldüm.O gündən o kişini bir neçə dəfə görmüşəm.Amma yaxınlaşmağa qorxuram.Qorxduğumdan ya başqa bir səbəb ucbatından deyil.Sadəcə onun timsalında bəlkə də gələcəkdə yaşıyacağım qocalığı gözümün qabağına gətirməkdən çəkinirəm..Lakin bu hadisədən hekayə üçün bir başlıq və ya başqa dillə desək hekayə üçün səbəb tapdım,özüm üçün isə bu nəticəni əldə etdim.
”İNSAN HƏR YAŞDA UŞAQDIR.HƏR YAŞDA AİLƏYƏ,ÖVLADA ÖZƏNƏ BİLƏR.İLLƏR ÖTSƏ BELƏ.!”
Baxış: 303 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz