SADELIK

Baş | Qeydiyyat | Çıxış
Понедельник, 23.10.2017, 08:48
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 7 » ana mehebbeti
ana mehebbeti
12:35


Ana məhəbbəti

"Körpəmi görə bilərəmmi" dedi ana. Qucağına yumşaq bir boxça verildi və xoşbəxt ana, körpəsinin kiçik üzünü görmək üçün qundağı açdı və çaşqınlıqdan sanki nitqi tutuldu! Ana və körpəsini seyr edən həkim sürətlə arxasını döndü və Şüşədən baxmağa başladı. Körpənin qulaqları yox idi... Müayinələrdə, körpənin eşitməsində heç bir problem olmadığı, yalnız görünüşü pozan bir qulaq məhrumluğu olduğu aydın oldu.Aradan illər keçdi, uşaq böyüdü və məktəbə başladı. Bir Gün məktəb dönüşü evə qaçaraq gəldi və özünü anasının qollarına atdı. Hıçqırırdı. Bu onun yaşadığı ilk böyük xəyal qırıqlığı idi, ağlayaraq:"Böyük bir uşaq mənə əcaib dedi."Kiçik uşaq bu bəxtsizliyiylə böyüdü. Yoldaşları tərəfindən sevilirdi və olduqca da müvəffəqiyyətli bir şagird idi. Sinif nümayəndəsi belə ola bilərdi; əgər insanların arasına qarışmış olsaydı. Anası, hər vaxt ona "Gənc insanların arasına qarışmalısan" deyirdi, ancaq eyni zamana ürəyində dərin bir ağrı və şəfqət hiss edirdi.Cavanın oğlanın atası, Ailə həkimiylə oğulunun problemi ilə əlaqədar görüşdü;"Heç bir şey edilə bilməzmi?"
deyə soruşdu.Həkim"Əgər bir cüt qulaq tapıla bilsə, orqan nəqli edilə bilər"

dedi. Beləcə gənc bir adam üçün qulaqlarını fəda edəcək biri axtarılmağa başlandı. İki il keçdi. Bir gün atası "Xəstəxanaya gedirsən oğlum, anan və mən, sənə qulaqlarını verəcək birini tapdıq ancaq unutma bu bir sirrdir"

dedi. Əməliyyat çox müvəffəqiyyətli keçdi və sanki yeni bir insan yaradıldı.Yeni görünüşüylə psixologiyası da düzələn gənc, məktəbdə və ictimai həyatında böyük müvəffəqiyyətlər əldə etdi. Daha sonra evləndi və diplomat oldu.İllər keçmiş idi,bir gün atasına gedib soruşdu:"Bilmək məcburiyyətindəyəm, mənə bu qədər yaxşılıq edən adam kimdir? Mən o insan üçün heç bir şey edə bilmədim"."Bir şey edə biləcəyini sanmıram" dedi atası, "lakin razılaşma qətidir, bu anda öyrənə bilməzsən, hələ deyil.." Bu dərin sirr illər boyunca gizləndi.Ancaq bir gün ortaya çıxma zamanı gəldi. Həyatının ən qaranlıq günlərindən birində, anasının cənazəsi başında atasıyla birlikdə gözləyirdi. Atası yavaşca anasının başına əlini uzatdı; qırmızı qəhvə rəngi saçlarını əliylə geriyə doğru itələdi; anasının qulaqları yox idi."Anan heç bir zaman saçını kəsdirmək məcburiyyətində qalmadığı üçün çox xoşbəxt oldu" deyə pıçıldadı atası". Və heç kim, ananın daha az gözəl olduğunu düşünmədi deyilmi? Gerçək gözəllik fiziki görünüşə bağlı deyil, ancaq ürəkdədir!Gerçək xoşbəxtlik gördüyün şeydə deyil, əsl görünməyən yerdədir.Gerçək sevgi, edildiyi bilinən şeydə deyil, edildiyi halda bilinməyən şeydədir!...



P.S:Sizce anadan başqa bunu kim edə bilərdi?

Fikirlərinizi bildirməyi unutmayın
Baxış: 384 | Добавил: admin | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz