SADELIK

Baş | Qeydiyyat | Çıxış
Понедельник, 22.10.2018, 20:17
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 7 » yaradilmis heyatin realliglari
yaradilmis heyatin realliglari
10:26


Sakini olduğumuz bu dünyanın rəngarəng, daim dəyişkən olması hər kəsə mə`lumdur. Gecənin öz yerini gündüzə verməsi, istinin soyuqla əvəz olunması, yaşıllığın xəzana dönməsi və misalları istənilən qədər uzanan bu müxtəlifliklər dediklərimizə əyani sübutdur. Dünyamız daim təhəvvül, dəyişmə halındadır. Belə ki, uşaqlıq çağları cavanlıq, cavanlıq isə, qocalıqla əvəz olunur; həyatı ölüm tə`qib edir. Lakin gedən şeylər bir daha geri dönmür. Doğrudan da həyat hadisələrinin müvəqqəti olması nə yaxşıdır!
Görəsən həyatımız sabit olsaydı, nə baş verərdi? Deməliyik ki, əgər dünyada hər şey sabit olsaydı, canlı varlıqların heç biri sağ qalmazdı. Maraqlıdır, deyilmi? Əgər gecənin sonu olmasaydı, həyat deyilən bir şey də olmazdı; daim gündüz olsaydı, atəş yer kürəsini yandırıb yaxar və bu rəngarəng dünyamızın yalnız külü qalardı. Yay fəslinin sonunun gəlməməsi istilərin hər yeri yandırıb məhv etməsinə səbəb olardı. Həmçinin, həmişə qış olsaydı, yer kürəsi tamamilə buzlarla örtülər, həyatdan əsər-əlamət qalmazdı. Hətta, əgər yaz fəsli də daimi olsaydı, ağaclar meyvə verməz, yetişməzdi. Payız fəslinin sonu gəlməyən bir yerdə nə yağış, nə qar, nə də həyatın əsas amili-su olardı. Dəyişkənlik, təhəvvül olmayan bir həyat necə yorucu və narahat edicidir!
Başqa misal: Təsəvvür edin ki, sizin alnınıza bir damla su düşür. Bu sizi elə də narahat etməz. Ancaq bu damcılar ardıcıl olarsa necə? Bu zaman siz əlbəttə, narahat olacaq və bundan çox əziyyət çəkəcəksiniz. Sabitlik olan dünyada yorğunluq aradan getmir, narahatlıq azalmır, başa gələn müsibətlər insanı tərk etmir. Belə bir həyatda asayiş və əmin-amnlıqdan xəbər yoxdur; şadlıq və sevincdən əsər-əlamət görünmür. Bəli, sabit olan bir həyat həyat deyildir, min cür əziyyətlərlə ömür sürməkdir. Dəyişkənlik əmin-amanlıq və asayiş dərmanıdır. Təhəvvül qəm-kədərin sonu, narahatlıqların şadlıqda qərq olmasıdır. Budur aləmdəki dəyişkənliklərin fəlsəfəsi!
Ey əziz, şüursuz maddə və təbiət təhəvvülü sabitlikdən ayırmağa qadirdir ki, varlıq aləmini dəyişkən və hərəkətli xəlq etsin?! Maddə sabitliyin canlılar üçün təhlükəli, təhəvvülünsə həyatbəxş olduğunu bir-birindən ayird edə bilərmi?! Əlbəttə yox!
Bunu yalnız və yalnız sonsuz elmə malik olan Kəs başa düşə bilər. Ondan başqa heç kəs sabitliyin zərərlərini və təhəvvülün faydalarını dərk edə bilməz. Yalnız Odur sonsuz qüdrətlərə malik! Yalnız Odur sonsuz elmlərə sahib! Yalnız Odur sonsuz hikmətlərə sahib!
Bu aləmdəki varlıqların hallarını dəyişməsi gün kimi aydın bir məsələdir. Aləmə hakim olan təhəvvül Onun hədsiz-hüdudsuz elm və hikmətinin nişanəsi olmaqdan əlavə, həm də insana olan mehribanlığının bariz nişanəsidir. Ancaq, çox təəssüf! Təəssüflər olsun ki, bə`zən insan bu qüdrət, hikmət və mehribanlıq nişanələrini görmək istəmir. Bu insan özünü öz əli ilə kor edərək cansız varlıqlar səviyyəsinə salır. Axı neyçün belə olmalıdır?!
İnsanın özünü insaniyyət məqamından neçə mərhələ aşağı salması, alçaltması bədbəxtlik və ağılsızlıqdan başqa bir şey deyildir. Özlərini daş torpaq səviyyəsinə endirərək mehriban Xaliqini tanımaq istəməyənlərə vay olsun! Görün insan özünü əbədi səadətdən necə məhrum edir! Nə üçün, axı insan nə üçün belə edir?!


P.S:Dəyərli fikirlərinizi bildirməyi unutmayın
Baxış: 335 | Добавил: admin | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2018 | Конструктор сайтов - uCoz