SADELIK

Baş | Qeydiyyat | Çıxış
Воскресенье, 19.11.2017, 22:32
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 6 » roya uze cixdi
roya uze cixdi
15:09

 

Müğənni Röya Ayxan dünən “Ria-Novosti” informasiya agentliyinin redaksiyasında mətbuat konfransı keçirdi. Son yenilikləri və gələcək planları barədə danışan müğənni öncə fevralın 24-də Sankt-Peterburqda verdiyi konsertdən söz saldı. “Konsertin anşlaqında zalda o qədər də tamaşaçı yox idi, bu isə məni çox təəccübləndirdi. Konsertin təşkilatçıları sonradan dedilər ki, məndən əvvəl bizim bir çox müğənnilər orada konsert verməyi vəd etsələr də, sonradan buna əməl etməyiblər. Tamaşaçılarda da bu əminlik yaranıb ki, mən də vədimə əməl etməyəcəm. Amma 7 mahnıdan sonra 2400 nəfərlik zal tamaşaçıyla doldu, üstəlik, xeyli adam da ayaqüstə qalmalı oldu”- deyə Röya bildirdi.

Martın 5-6-da verəcəyi konsertin iki hissədən ibarət olacağını söyləyən müğənni əvvəlcə klassik mahnılar, ikinci bölümdə isə ən çox sevilən hit mahnılarını və yeni mahnılar oxuyacağını vəd etdi: “Bu konsert mənim 10 illik fəaliyyətimin hesabatı olacaq. Orman adlı rejissor mənim 10 illik sənət yolumdan sənədli film də hazırlayıb, film bu tədbirdə nümayiş olunacaq. Onu da deyim ki, bu dəfəki konsertimdə heç bir sənət dostuma dəvətnamə verməmişəm, biletlərin hamısı satışdadır, əminəm ki, məni sevib hörmət edənlər bilet alıb konsertimə gələcək. Çünki əvvəlki konsertlərimdə ən qabaq sıraları ən yaxın sənət dostlarıma hədiyyə etmişəm. Bu konsertlər mənə çox baha başa gəlib, amma konsertdən çıxıb evə gedəndə çörək almağa pulum olmayıb, sürücüdən xahiş etmişəm mənə iki çörək alıb”.

Konsertdə Cahangir Cahangirov, Fikrət Əmirov, Emin Sabitoğlu və bu kimi bəstəkarların əsərlərindən parçalar ifa edəcəyini bildirən Röya bu seçimdə ona bəstəkar Nailə Mirməmmədlinin yardımçı olduğunu söylədi.

Tədbirdə iştirak edən N.Mirməmmədli Röyanı “çətin mahnılara meylli müğənni” adlandırdı: “10 il öncə ilk dəfə Röya ilə bir mahnı üzərində işləyərkən bir not alınmırdı, bu da qızı necə əsəbiləşdirdisə, o, telefonunu divara çırpıb sındırdı, amma sonra istəyinə nail oldu. Onda mən başa düşdüm ki, bu qızın prinsipiallığı onu irəli aparacaq. İndi Röya harada çətin mahnı varsa, onu ifa etməyə can atır və bu, onun yaradıcılığında yeni etap açır. Onu da deyim ki, bu dəfəki konsertdə Röya hansı bəstəkarın mahnısını oxuyursa, təbii ki, onlar arasında dünyasını dəyişməyənlər varsa, bu konsertə dəvət olunacaq, o cümlədən hansı müğənninin repertuarından oxuyursa, onlar da dəvətlidir. Bu həm də Röyanın yaradıcılığına mütəxəssis baxışı üçündür”.

Tədbirdə Röya onun ifasında hazırkı estrada ifaçılarının oxuduqları ən populyar mahnılardan ibarət disk hazırlamaq niyyətini də açıqladı. Jurnalistlərin “hətta münaqişədə olduğunuz müğənnilərə də müraciət edəcəksinizmi” sualına Röya “İstər telefon vasitəsilə, istərəsə də birbaşa ünsiyyətlə nəzərdə tutduğum bütün müğənnilərə müraciət edəcəm, hər halda bu, onların da xeyrinə olar” deyə cavab verdi.
Röya həmkarı Aygün Kazımovanın bostanına daş atmağı da unutmadı: “Mənim bu konsertimdən sonra bəzi müğənnilər də ciddi-cəhdlə hesabat xarakterli konsert verməyə hazırlaşır. Məndə olan məlumata görə, iki-üç ay sonra onlar da belə konsert vermək niyyətindədir”.

“Bax” adlı diskinin bu yaxınlarda işıq üzü görəcəyindən söz salan müğənni piratlardan da şikayətləndi: “Hər mahnının hazırlığı nə qədər vaxt və pul aparır. ”Bax" diskinə 37 min manat xərc qoymuşuq, amma hər çıxan yeni diskin surətini çıxaran piratlar imkan vermir ki, biz zəhmətimizin bəhrəsini görək. Mən Türkiyədə satışda olan disklərlə maraqlandım, vəkilim Türkiyə məhkəmələrinə də müraciət etdi, nəticədə məlum oldu ki, bu piratçılıqda “Səbuhi” studiyası da rol oynayıb, amma biz bütün bunlarla hüquqi şəkildə mübarizə aparacağıq".

Qeyd edək ki, müğənninin hesabat konsertinin çəkilişləri Azərbaycan dövlət televiziyası tərəfindən aparılacaq.

“Mən danışıram rəqsdən” adlı klipinin yaxınlarda hazırlanıb başa çatacağını bildirən müğənni bu il “Unuduldum” adlı yeni bir klip çəkdirəcəyini də dedi: “Mən danışıram rəqsdən” klipini Adil M.Quliyev hazırlayır. Mən çox arzu edirdim, növbəti konsertdə bu klip də nümayiş olunsun, amma son hazırlıq işləri gedir, çatdıra bilmədik. Yeri gəlmişkən deyim ki, başımız mahnıların hazırlanmasına o qədər qarışıb, səhnə geyimlərim də hazır deyil, ola bilsin, elə sadə bir şalvar-köynəkdə səhnəyə çıxdım. Bu il “Unuduldum” adlı bir klipin də təqdimatı olacaq. Bu klipə də Kənan M.M. quruluş verir. Klipdə unudulmuş, atılmış insanların həyatı qabardılır və əsasən onların, qayğıya, diqqətə ehtiyacı təbliğ edilir".

Tədbirdə jurnalistlərin suallarını cavablandıran müğənni “Səs organization”un rəhbəri Nahid Emiloğlunun bəzi müğənnilərə, o cümlədən Röyaya kifayət qədər qonorar ödəməsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibətini bildirdi: “Nahid iyun ayında verdiyim konsertdən mənə olan borclarını qaytarsın, sonra qonorardan danışsın”.
“Bəzi müğənnilər iqtisadi böhrana görə toylarda oxumaq haqqını azaldıb, siz necə” sualına isə müğənni “qazancımın əsas hissəsini toylardandır, mən heç bir endirim etməmişəm və belə fikrim də yoxdur” deyə cavab verdi. “Müsahibənizdə ”mənim gücüm səsimdədir" demişdiniz. Vitas səsini 2 milyon dollara sığorta etdirib, səsinizi sığorta etdirmək fikrində deyilsinizmi" sualına isə Röya “mən sığortalara inanmıram” cavabını verdi.

Bölmə: Musiqi | Baxış: 299 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz