SADELIK

Baş | Qeydiyyat | Çıxış
Воскресенье, 19.11.2017, 22:32
Xoş gəlmisiniz Гость | RSS
Menyu
Bölmələr
Musiqi [5]
Video [0]
Məqalələr [10]
Maraqlı Xəbərlər [16]
Şəkillər [0]
Şou Biznes [11]
Müxtəlif [12]
Dini [12]
Sevgi [17]
Sual
Hansı:
Cəmi: 93
Mini CHAT
Baş » 2009 » Март » 5 » Esas urek temiz olsun
Esas urek temiz olsun
16:31



Bəzi adamlar qəlb təmizliyini yalnız insanlar haqqında mənfi fikirdə olmamaq və yaxud yardımsevər olmaq kimi bəsit şəkildə başa düşürlər...Bununla da kifayətlənməyib,insanlara qarşı yaxşı davranmaqla Allaha qarşı ibadət etdiklərini güman edirlər.Bu şeytanın hiyləsi və nəfs oyunudur...Bu oyuna düşənləri aldadan səbəblərdən biri onların “səhvi nümunə kimi göstərmək olmaz” prinsipinə göz yummalarıdır.

Bunlar namazqılan,ibadət edən bir möminin gündəlik həyatında İslamın ruhuna əks olan və digər insanlar üçün zərərli olan bəzi nöqtələri üzə çıxarırlar.Bunları irəli sürür və “ Bu insan namaz qılır, hicab bağlıyır amma filan səhvləri vardır.Mən isə onun etdiyi səhvləri etmirəm.” deyərək özünün ibadət etməməyinə,onun qüsurlarında əfv qapısı tapmağa çalışırlar.
Doğru yol göstərən Həzrəti Peyğəmbərimizdən (s) gələn bir hədisdə buyurur:
Bir günah iş gördüyü zaman qəlbdə qara bir ləkə yaranar.Əgər həmin insan tövbə edib,bağışlanmaq istəsə qəlbi yenə də təmizlənər.
Bu hədisdən bəlli olur ki,təmiz qəlb yalnız günahlardan qorunmuş bir qəlb ola bilər.
Peyğəmbərimizin insanlara doğru yol göstərməsilə şirkdən xilas olan, qəlblərini təmizləyən möminlərə bu dəfə ibadət əmri verildi.Rəbbimizin əmrlərini dinləməyən bir qəlbin təmiz olması haqqında necə düşünmək olar?
Atasının sözünə qulaq asmayan bir uşağa dərhal “tərbiyəsiz” “əxlaqsız” deyən insan övladı,görəsən bu hərəkətilə Allaha qarşı üsyan edən bir insanın əxlaqsızlıq etdiyini qəbul etmir?
Fərz olunanları dəyişdirmək olmaz.Çünki burada dəyişiklik ediləcək bir qapalı nöqtə yoxdur.Allah əmr etmiş,Peyğəmbər (s) bu əmrin necə yerinə yetiriləcəyini insanlara bir ömür boyu öyrətmiş və təlim vermişdir.

Amma indi elə zəmanədir ki,insanlar dünyaya dalmış,ibadət tərk edilmiş ,dindən uzaqlaşmış,əxlaqsızlıqda boğulmuş,elm bir kənara qoyulmuş,qəlblərində təqva hissi olduqca azalmışdır.
Dırnaq arası “qəlbi təmiz olan” adamlara ibadət etməyə çağıranda “Sən mənim qəlbimə bax?” cavabını verirlər.
Mən sənin qəlbivə necə baxım?Qəlb mənəvi olduğuna görə,onun xususiyyətləri və incəlikləri də mənəvidir.
Qarşınızda aclıqdan inildəyən yazıq bir insan ,yanında isə küplərlə pulu olan varlı birisi...Ona “nə üçün bu adama kömək etmirsən?” desəniz,həmin insan sizə “Kömək eləmədiyimə baxma,qəlbim mərhəmətlə doludur.” deyəcək.
Şəfqət və mərhəmət,qəlbə aid olan gözəlliklərdir.Lakin bunlar yoxsullar üçün açılan süfrələrlə,yaxud verilən sədəqələrdən göstərilir.
İman da qəlblə bağlı olan başqa bir gözəllikdir.Bu da günahlardan uzaq olmaq şəklində özünü biruzə verir.İnsan qəlbində olan imanı dili ilə ifadə etməlidir.İman yalnız bu şəkildə doğru olur.Dil ilə şəhadət edilməyən imanın varlığına necə inanmaq olar?Qəlbin,Allahın əmrlərinə itaət etməsi də başqa gözəllikdir.Bu gözəlliyin əlaməti ,sübutu isə ibadətdir!
Qəlblərinin təmiz olmalarını iddia edərək ibadətdən imtina edən insanların əksəriyyəti öz qəlblərini haram əyləncələrlə qaraldan ,əhli-kef və dünyaya ehtirasla bağlı olan ,maddədən başqa heç bir şey düşünməyən səfillərdir.
Az da olsa,həmin sözləri deyənlər arasında,bir az kitab vərəqləyən ,lakin səhv düşüncələrlə ruhlarını azdıran,oxumada həddi bilməyən,bir qədər oxuduqdan sonra özünü din sahəsində rəy verə biləcək insan hesab etməyə başlayan “dilin sümüyü yoxdur” deyib,gömrüksüz danışan tiplərə də rast gəlmək mümkündür.
Bəlkə də belə insanlar səfeh deyillər,lakin az bildiklərinə görə səhv düşüncələri,azğınlıqları müdafiə etməyə başlamışlar.Təəssüf ki,onlar bundan da xəbərsizdirlər.
Bunu da nəzərivizə çatdırmaq istərdim ki,əgər biz kimsəssizlərə,yoxsullara kömək etsək bunun ayrıca mükafatı vardır (Ola bilsin elə bu dünyada) Amma Allahın əmrlərini yerinə yetirməyən kəslərin cəzaları da öz yerindədi.
Allahın istəyini,əmrlərini yerinə yetirməyən amma Allahdan nəsə istəyən kəslərə təəccüb edirəm.
Sizlər də bu cür tərzdə “qəlbimiz təmizdi”deyirsiz yoxsa???
Baxış: 385 | Добавил: sadelik | Reytinq: 0.0/0 |
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
Çıxıç forması
Xəbər Kalendarı
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtar
Dost Saytlar
Statistika

Cemi saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Copyright MyCorp © 2017 | Конструктор сайтов - uCoz